Sizin Reklam Burada
Xəbər lenti
13-09-2026
12-09-2026
BÜTÜN XƏBƏRLƏR

600-dən çox bal toplayıb, kəsilənlər universitetə qəbul edilsin – DEPUTAT

Tarix: 14-09-2026 10:50     Baxış: 318 A- / A+

600-dən çox bal toplayıb, kəsilənlər universitetə qəbul edilsin – DEPUTAT

“600-dən çox bal toplayan, lakin müsabiqədən keçməyən abituriyentlərlə fərdi işlənilməli, zərurət yaranarsa, onların seçdiyi ixtisaslar üzrə qəbul planı artırılmalıdır”.
Manevr.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
Deputat qeyd edib ki, ali məktəblərə qəbulun nəticələri təkcə abituriyentlər və onların ailələri üçün deyil, bütün cəmiyyət üçün əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bugünkü abituriyentlər gələcəkdə Azərbaycanın alimləri, diplomatları, müxtəlif sahələr üzrə mütəxəssisləri və savadlı vətəndaşları olacaqlar.
A.Mirzəzadə ildən-ilə qəbul ballarının yüksəlməsini müsbət göstərici hesab edib:
“Vaxtilə əlçatmaz görünən yüksək ballar artıq adi göstəriciyə çevrilib. Bu il qəbul imtahanlarında iştirak edən təxminən 2 min abituriyent 600-dən çox bal toplayıb və onların böyük əksəriyyəti seçdikləri ixtisaslara qəbul olunub. Bu, gənclərin ali məktəbə hələ orta məktəbdən ciddi hazırlaşdıqlarını göstərir”.
Deputat diqqətə çatdırıb ki, yüksək nəticə göstərən 30 abituriyent ali məktəbə qəbul ola bilməyib. Onun sözlərinə görə, buna həmin şəxslərin məhdud sayda ixtisas seçməsi və həmin ixtisaslarda rəqabətin yüksək olması səbəb olub:
“Bəzən abituriyent yalnız bir ixtisası seçir. Həmin ixtisasda ondan cəmi bir bal çox toplayan şəxs qəbul olunur, o isə kənarda qalır. Ailələr də düşünürlər ki, bu il alınmadısa, növbəti il yenidən imtahan verər. Ancaq son illərin statistikası göstərir ki, hər il 600-dən çox bal toplayan müəyyən sayda gənc universitetdən kənarda qalır”.
Aydın Mirzəzadə yüksək bal toplayan abituriyentləri Azərbaycanın “qızıl fondu” adlandırıb və onların təhsildən kənarda qalmasının cəmiyyəti düşündürməli olduğunu vurğulayıb.
“30 nəfər böyük rəqəm deyil. Amma həmin gənclərin hər biri gələcəkdə görkəmli mütəxəssis ola bilər. Təklif edirəm ki, dövlət 600-dən çox bal toplayan bütün abituriyentləri xüsusi diqqətə götürsün. Qəbul olunmayanlarla fərdi şəkildə işlənilsin”, – deputat deyib.
Onun fikrincə, yüksəkballı abituriyentə seçdiyi ixtisasa yaxın alternativlər təklif oluna bilər:
“Məsələn, kimsə yalnız Bakı Dövlət Universitetində yapon dili ixtisasını seçibsə, onunla işləyib başqa vacib dil ixtisasına yönəltmək olar. Yaxud abituriyent mütləq tibb təhsili almaq istəyirsə, ona aparıcı universitetlərdə kimya və ya yaxın istiqamətlər təklif edilə bilər”.
Deputat ikinci variant kimi yüksəkballı abituriyentlərin seçdiyi ixtisaslarda plan yerlərinin bir neçə nəfər artırılmasını təklif edib:
“Hansısa ixtisas üzrə 100 deyil, 103, 105 və ya 107 tələbə qəbul etmək olar. Əlavə yerlər məhz 600-dən çox bal toplayanlara verilsin. Onlar ödənişli əsaslarla qəbul oluna və Təhsil Tələbə Krediti Fondundan yararlana bilərlər. Təxminən 60 min qəbul olunan tələbənin arasında 30 yüksəkballı abituriyent üçün yer tapmaq çətin olmamalıdır”.
A.Mirzəzadə əlavə edib ki, belə mexanizmdən sui-istifadə ehtimalı da nəzərə alınmalıdır. Bununla belə, deputat yüksək nəticə göstərən, lakin yanlış və ya məhdud ixtisas seçiminə görə universitetdən kənarda qalan gənclərlə fərdi işlənilməsinin tərəfdarı olduğunu bildirib.
 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar