Sizin Reklam Burada
Xəbər lenti
13-09-2026
12-09-2026
BÜTÜN XƏBƏRLƏR

BDYPİ yeni tədris ilinin başlanması ilə bağlı əhaliyə müraciət etdi

Tarix: 14-09-2026 09:38     Baxış: 314 A- / A+
BDYPİ yeni tədris ilinin başlanması ilə bağlı hərkət iştirakçılarına müraciət etdi
Yeni tədris ilinin başlanması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə BDYPİ-dən məlumat verilib.
Yeni tədris ilinin başlanması münasibətilə bütün şagird və tələbələri, müəllim və valideynləri təbrik edən, onların hər birinə təhlükəsiz tədris ili arzulayan Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, tədris prosesinin başlanması ilə yollarda, xüsusilə səhər və axşam saatlarında hərəkət intensivliyinin artması, məktəb, bağça və digər təhsil müəssisələrinin ətrafında sıxlığın yaranması gözlənilir.
Belə şəraitdə hər bir hərəkət iştirakçısının daha diqqətli və məsuliyyətli davranması vacibdir.
Təhsil müəssisələrinin yaxınlığında sürət əvvəlcədən azaldılmalı, piyada keçidlərinə xüsusi diqqət yetirilməli, avtomobillər ikinci cərgədə, piyada keçidlərinin üzərində və hərəkətə maneə yaradan digər yerlərdə saxlanılmamalıdır.
Valideynlər uşaqları məktəbə gətirib-apararkən avtomobilləri yalnız təhlükəsiz və icazə verilən yerlərdə saxlamalı, onların nəqliyyat vasitəsindən səki istiqamətində düşüb-minməsinə nəzarət etməlidirlər.
Şagirdlər yolu yalnız müəyyən edilmiş yerlərdən keçməli, dayanmış avtomobillərin arasından qəfil yola çıxmamalı, hərəkət zamanı mobil telefon və qulaqlıq kimi diqqəti yayındıran vasitələrdən istifadə etməməlidirlər.
Unutmayaq ki, valideynlərin yol hərəkətində nümayiş etdirdiyi davranış uşaqlar üçün ən təsirli nümunədir. Övladlarımızdan qaydalara əməl etməyi tələb ediriksə, ilk növbədə bunu öz davranışımızla göstərməliyik.
Baş Dövlət Yol Polisi İdarəsi hər kəsi yeni tədris ilinin ilk günlərindən yollarda diqqətli, səbirli və məsuliyyətli olmağa çağırır. Məktəbə gedən hər bir uşağın təhlükəsizliyi hamımızın ortaq məsuliyyətidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar