Sizin Reklam Burada
Xəbər lenti
13-09-2026
12-09-2026
BÜTÜN XƏBƏRLƏR

Məhkəmədə böyük qalmaqal: Vəkil apellyasiya şikayətini "ChatGPT"yə yazdırıb

Tarix: 14-09-2026 08:18     Baxış: 319 A- / A+
ABŞ-da vəkil Stefen Aronsun cinayət işi üzrə apellyasiya müraciətində süni intellekt tərəfindən yaradılmış saxta polis və şahid ifadələrindən istifadə etdiyi üzə çıxıb.

Nyu-Meksiko Ali Məhkəməsi vəkilin təqdim etdiyi məlumatların düzgünlüyünü yoxlamadığını müəyyən edib.

Sənədlərdə heç vaxt mövcud olmayan şahidlərin ifadələri, eləcə də hadisə zamanı hücum edən şəxsin geyimi ilə bağlı uydurma məlumatlar yer alıb.

Məhkəmə Aronsu məhkəməyə hörmətsizlikdə təqsirli bilərək 5 min dollar cərimələyib və işinin vəkillərin intizam kollegiyasına göndərilməsinə qərar verib.

Arons bildirib ki, ötən il müvəkkilinin apellyasiya işini hazırlayarkən məhkəmə prosesini ümumiləşdirmək üçün “ChatGPT”dən istifadə edib.

O, süni intellektin mövcud olmayan məlumatları həqiqi faktlar kimi təqdim edə bilməsinin miqyasını tam anlamadığını deyib və baş verənlərə görə peşman olduğunu bildirib.

Vəkilin müvəkkili Oskar Rene Sandoval uşaqlarının anasını öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. Sandoval ittihamı qəbul etmir. Məhkəmə isə bu hadisənin süni intellektin hüquq sahəsində yaratdığı problemlərin daha bir nümunəsi olduğunu vurğulayıb. lent.az

 Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar