Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
13-09-2026
BÜTÜN XƏBƏRLƏR

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

Tarix: 14-09-2026 18:27     Baxış: 316 A- / A+


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) Tiktok platformasında ödəniş sistemlərini təqlid edən altı sayt və onları yayan hesablar aşkarlayıb.
Manevr.az xəbər verir ki, bu barədə MKA məlumat yayıb.
Bildirilib ki, saytlar "Azercell", "Bakcell" və "Nar" operatorlarının endirimli internet və danışıq paketlərini təklif edir, real ödəniş xidməti göstərmir və istifadəçidən bank kartı rekvizitlərini tələb edir.
Fəaliyyət ayrı-ayrı hadisələr toplusu deyil, vahid nümunə üzrə qurulmuş şəbəkədir. Hər bir hal eyni dörd elementdən ibarətdir: qanuni ödəniş brendini təqlid edən ad, ucuz və ya pulsuz hostinqdə yerləşən sayt, "TikTok" hesabı və həmin hesabın ödənişli reklamı. Yalnız brend adı dəyişir, quruluş isə dəyişməz qalır.
Ödənişli reklamın istifadəsi bütün hallarda təsdiqlənmişdir: materiallarda "Ad" nişanı, "Learn more" və "Shop now" düymələri yer alır. Bu, hər hesabın arxasında reklam kabineti, ödəniş vasitəsi və doğrulanmış əlaqə məlumatlarının olduğunu göstərir.
Araşdırmanın tam mətni ilə buradan tanış ola bilərsiniz

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar