Xəbər lenti
Qazaxıstanda "Rubej-2026" təlimlərinin fəal mərhələsi başlayıb
Qazaxıstanın Koktal poliqonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Mərkəzi Asiya regionu üzrə Kollektiv Çevik Yerləşdirmə Qüvvələrinin iştirakı ilə "Rubej-2026" təliminin fəal mərhələsi başlayıb. Manevr.az-ın xəbərinə görə, bu barədə TASS-a KTMT-nin Birləşmiş Qərargahının mətbuat katibi Vladislav Şçeqrikoviç məlumat verib.
"Qazaxıstan Respublikasının Koktal poliqonunda Mərkəzi Asiya regionu üzrə Kollektiv Çevik Yerləşdirmə Qüvvələrinin iştirakı ilə keçirilən 'Rubej-2026' birgə təliminin fəal mərhələsi start götürüb. Təlim zamanı qoşunlar KTMT-yə üzv dövlətin ərazisinə soxulmuş qeyri-qanuni silahlı birləşmələrin məhv edilməsi məqsədilə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması üzrə tapşırıqları yerinə yetirirlər".
Açıqlamada bildirilir ki, təlimlərin açılış mərasimində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibinin müavini Mirlan Turğunbekov, Qazaxıstan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-mayor Askar Jolamanov, KTMT-nin Birləşmiş Qərargah rəisinin müavini general-leytenant Ruslan Şpekbayev və dəvət olunmuş rəsmi şəxslər iştirak ediblər.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























