Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
13-09-2026
BÜTÜN XƏBƏRLƏR

Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza

Tarix: 14-09-2026 23:03     Baxış: 327 A- / A+
Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Xasay Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Xasay Quliyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror ötən iclasda dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, hadisə 2025-ci il avqustun 12-də Laçın rayonu ərazisində baş verib. Səfər Quliyev ov tüfəngi ilə qətlə yetirilib. Polis cinayət əməlini törətməkdə şübhəli bilinən S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib. Faktla bağlı cinayət işi başlanılıb, X.Quliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

İstintaq materiallarından və təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsindən məlum olub ki, o, qardaşını həyat yoldaşına qısqandığı üçün qətlə yetirib. Lakin onun bu ehtimalları məhkəmə istintaqı zamanı öz təsdiqini tapmayıb.

Onu da qeyd edək ki, bölgədə müğənni kimi tanınan Səfər Quliyev Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Laçın Rayon Komitəsinin sədri vəzifəsində çalışırmış. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar