Xəbər lenti
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşlarının sağlamlığının mühafizəsi və tibbi təminatı Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub.
Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, Dövlət Agentliyi hər il öz tibbi təminat ehtiyaclarını DİN ilə birgə müzakirə edərək təkliflər hazırlayacaq.
Bu razılaşdırılmış layihə əsasında Maliyyə Nazirliyi növbəti illərin dövlət büdcəsini tərtib edərkən zəruri vəsaiti birbaşa DİN-in saxlanılması xərclərinin tərkibində nəzərdə tutacaq.
Beləliklə, SOMDA-nın əməkdaşlarına (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, onların tibbi reabilitasiyası və sağlamlaşdırılmasının təmin edilməsini Daxili İşlər Nazirliyi həyata keçirəcək.
Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























