Xəbər lenti
AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “AHİK könüllüləri” layihəsinin iştirakçıları Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında olublar.
Manevr.az xəbər verir ki, AHİK könüllüləri kitabxananın zəngin informasiya-biblioqrafiya fondu, nadir nəşr nümunələri, müasir standartlara cavab verən elektron resursları və müxtəlif mövzuları əhatə edən xüsusi kolleksiyaları ilə maraqlanıblar.
Kitabxana əməkdaşları gənclərə müəssisənin tarixi, oxu zallarının fəaliyyəti, eləcə də dövlətçilik tariximizi əks etdirən nəşrlər barədə ətraflı məlumat veriblər.
Ziyarət çərçivəsində AHİK könüllüləri Prezident Kitabxanasının rəsmi oxucuları sırasına daxil ediliblər. Bu təşəbbüs gənclərin şəxsi və peşəkar inkişafına, elmi-tədqiqat prosesinə cəlb olunmasına, eləcə də gələcək fəaliyyətlərində etibarlı informasiya mənbələrindən səmərəli istifadə imkanlarının genişləndirilməsinə xidmət edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























