Sizin Reklam Burada
Xəbər lenti
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Aimlər toxumaların bərpası üçün vacib olan mexanizm aşkar ediblər

Tarix: 18-09-2026 09:57     Baxış: 322 A- / A+
Toxuma zədələndikdən sonra DNT təkcə ayrı-ayrı genlərin fəaliyyətini dəyişdirməklə qalmır, həm də hüceyrə nüvəsi daxilində məkan baxımından yenidən təşkil olunur. 
Manevr.az-ın xarici mətbuata istinadən xəbərinə görə, alimlər müəyyən ediblər ki, uzaq DNT seqmentlərini birləşdirən strukturlar olan xüsusi xromatin ilgəklərinin əmələ gəlməsi zədədən sonra toxumanın effektiv bərpası üçün vacibdir.
Tədqiqatın nəticələri *Science Advances* jurnalında dərc olunub. Araşdırma Barselona Universiteti və Biotibbi Tədqiqatlar İnstitutundan (IRB Barcelona) professor Montserrat Korominasın rəhbərlik etdiyi alimlər qrupu tərəfindən aparılıb. Tədqiqatda həmçinin Milli Genom Analizi Mərkəzi, Genom Tənzimlənməsi Mərkəzi və Lozanna Universitetinin tədqiqatçıları da iştirak ediblər.
Hüceyrə nüvəsində DNT zülallarla birləşərək xromatini əmələ gətirir. O, xətti DNT ardıcıllığında bir-birindən uzaqda yerləşən genom sahələrinin fiziki cəhətdən yaxınlaşmasına imkan verən mürəkkəb üçölçülü quruluşa malikdir. Bu, hansı genlərin aktivləşdiyinə və hansıların qeyri-aktiv qaldığına təsir göstərir.
Tədqiqatçılar bu strukturun regenerasiyadakı rolunu öyrənmək üçün "Drosophila melanogaster" meyvə milçəyinin qanad disklərindən - zədələnmədən sonra toxuma bərpasını müşahidə etməyə imkan verən bir modeldən - istifadə etdilər.
Alimlər üç DNT ilgəyi aşkar edərək, onların səmərəli regenerasiya üçün vacib olduğunu eksperimental yolla sübut etdilər. Tədqiqatçılar bu ilgəklərin formalaşmasına cavabdeh olan genomik sahələri dəyişdirdikdə toxumaların regenerasiya qabiliyyəti əhəmiyyətli dərəcədə zəiflədi, lakin orqanizmin normal inkişafı buna demək olar ki, məruz qalmadı.
Tədqiqat müəlliflərinin fikrincə, nəticələr göstərir ki, toxumaların bərpası yalnız zədədən sonra hansı genlərin aktivləşməsindən və ya deaktivləşməsindən deyil, həm də genomun özünün məkan təşkilindən asılıdır.
Beləliklə, DNT-nin üçölçülü arxitekturası regenerasiyanın tənzimlənməsinin əlavə bir səviyyəsini təşkil edə bilər. Tədqiqatçılar hesab edirlər ki, bu cür dəyişikliklərin daha dərindən öyrənilməsi toxumaların bərpası mexanizmlərini daha yaxşı başa düşməyə kömək edəcək.

Sevinc 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar