Xəbər lenti
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
V93 yaşlı Cenninin yavaşlamaq niyyəti qətiyyən yoxdur. Yaşlanmağı güc itkisi və hərəkət qabiliyyətinin azalması ilə əlaqələndirənlərin əksinə olaraq, Cenni ahıl yaşlarda da aktiv qalmağın mümkün olduğunu sübut edir. O, hər gün təxminən 20 dəqiqəsini 4 sadə hərəkətə sərf edir.
Manevr.az milli.az-a istinadla xəbər verir ki, Cenninin yanaşması olduqca sadədir: Bədəni hərəkət etdirmək, əzələləri işlətmək və bunu gündəlik həyatın təbii bir parçasına çevirmək.
Günə meditasiya və uzanma (stretching) hərəkətləri ilə başlayır. Cenni səhər saat 07:00 radələrində təxminən 30 dəqiqəlik meditasiya edir. Ardından böyük bir stəkan su içir və təxminən 10 dəqiqə ərzində bədəni uzatma hərəkətləri yerinə yetirir. Səhər saat 07:40 radələrində isə təxminən 20 dəqiqə davam edən məşq rejiminə keçir.
Onun proqramında 4 əsas hərəkət yer alır:
Pilləkən çıxma hərəkəti: 2 dəst x 15 təkrar. Bir ayağını pilləyə qoyur və dabanından güc alaraq digər ayağını da yuxarı qaldırır. Daha sonra nəzarətli şəkildə aşağı enir və hərəkəti o biri ayaqla təkrarlayır.
Press (qarın əzələsi) hərəkəti: 2 dəst x 15 təkrar. Kürəktüstə uzanır və ayaqlarını yerə düz şəkildə qoyur. Qarın əzələlərini sıxaraq gövdəsinin yuxarı hissəsini dizlərinə doğru qaldırır, ardından nəzarətli şəkildə başlanğıc vəziyyətinə qayıdır.
Plank: 2 dəst x 30 saniyə. Ön qolları və ayaq barmaqları üzərində bədənini başdan dabana qədər düz xətt şəklində saxlayır. Qarın əzələlərini aktiv tutaraq mövqeyi qoruyur, belinin çökməsinə və ya kürəyinin bükülməsinə imkan verməməyə diqqət edir.
Soyuducuya söykənərək oturub-qalxma (squat): 2 dəst x 25 təkrar. Kürəyini soyuducuya söykəyərək ayaqlarını yüngülcə irəliyə doğru yerləşdirir. Dizlərini bükərək nəzarətli şəkildə çökür, ardından ayaqlarından güc alaraq yenidən ayağa qalxır.
Məşqi bir öhdəlik kimi görmür
Cenninin bu rejimi davam etdirə bilməsinin əsas səbəblərindən biri məşqə baxış bucağıdır. O, yanaşmasını bu sözlərlə izah edir: "Məşq etməyə məcbur deyiləm; məşq etmək fürsətim olur". O, idmanı yerinə yetirilməli olan məcburi bir tapşırıq kimi qəbul etmir. Səhər yemөгindən əvvəl etdiyi bu qısa rutin onun üçün günə başlamanın təbii bir parçasıdır. Qohumu Moloney də Cenninin uzun illərdir aktiv olduğunu və idman etmədiyi hər hansı bir dövrü xatırlamadığını bildirir. Cenni üçün hərəkət etmək heç vaxt özünü məcbur etməli olduğu ayrı bir fəaliyyət olmayıb, əksinə, gündəlik həyatının təbii axınına çevrilib.
Gündəlik həyatda da daim hərəkətdədədir
Cenninin hərəkətliliyi 20 dəqiqəlik məşq rutini ilə məhdudlaşmır. O, gündə təxminən 8 000 - 12 000 addım atır. Bağçayla məşğul olur, təbiət gəzintilərinə çıxır, yemək bişirir və könüllü fəaliyyətlərdə iştirak edir. Həmçinin avtomobil idarə etmir, gedəcəyi yerlərə piyada və ya ictimai nəqliyyatla gedir.
Səhər saat 08:00 radələrində öz səhər yeməyini özü hazırlayır. Səhər yeməyində adətən avokadolu çovdar çörəyi və yumurta, yaxud yulaf əzməsi olur. Saat 11:00 radələrində isə əksər hallarda bir dostu ilə kapuçino içmək üçün görüşür. Ardından könüllü işlərinə və ya klubuna yollanır. Gün ərzində vaxtaşırı qısa qəlyanaltı və ya istirahət də edir. Moloney qeyd edir ki, Cenni hələ də müstəqil, aktiv və sosial həyat tərzi sürür.
Qidalanmasında da balansı qoruyur
Cenninin gündəlik qidalanması da olduqca nizamlıdır:
Səhər yeməyi: 2 yumurta, avokado və bir portağal.
Nahar yeməyi: Bol tərəvəzli böyük bir salat və doğranmış toyuq döş əti.
Aralıq yemək: Çay və kiçik bir parça şokolad.
Axşam yeməyi: Soba bişirmiş qızılbalıq (somon), düyü, sote edilmiş kök, brokkoli, soğan və göbələk.
O, qidalanmasında tam qadağalar tətbiq etmir. Moloney bildiri ki, Cenni şərab içərkən miqdarı az saxlayır və bunu həftədə ən çox 2 dəfə edir. Həmçinin hələ də kiçik bir kasa dondurmanın dadını çıxarır. Onun yanaşmasının təməlində həddi aşmadan nizamlı qidalanmaq və aktiv qalmaq dayanır.
Cenninin hekayəsində diqqət çəkən əsas məqam müəyyən bir idman proqramından çox, hərəkəti həyatının təbii bir parçasına çevirmiş olmasıdır. 93 yaşında olmasına baxmayaraq, gündəlik işlərini təkbaşına görür, sosyallaşır, səyahət edir və aktiv həyat tərzini qoruyub saxlayır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























