Sizin Reklam Burada
Xəbər lenti
19-09-2026
18-09-2026
BÜTÜN XƏBƏRLƏR

TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? – AÇIQLAMA

Tarix: 19-09-2026 20:47     Baxış: 324 A- / A+
Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi ilə bağlı yeni yanaşmalar gündəmə gəlib.
Bəs qadınların 6 aylıq müddətə hərbi xidmət keçməsi mümkündürmü?

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, qadınların hərbi xidmətə qəbulunda 6 aylıq ilkin müddətin nəzərdə tutulması onların xidmətə uyğunlaşma imkanlarını qiymətləndirmək baxımından əhəmiyyətlidir.

Ekspertin sözlərinə görə, əvvəllər qadınlar əsasən bağlaşma əsasında hərbi xidmətə qəbul edilirdilər:

“Bu məsələ uzun müddətdir müzakirə olunur. Müddətin 6 aya salınmasında əsas məqsəd qadınların hərbi xidmət şəraitinə uyğunlaşıb-uyğunlaşmadığını müəyyənləşdirməkdir. Çünki bəzi hallarda hərbi xidmətə başlayan xanımlar xidmət şərtlərinə uyğunlaşa bilmir və seçdikləri peşədə özlərini görmürlər. Nəticədə xidmət onlar üçün müəyyən çətinliklər yaradır”.

Ü. Cəfərov qeyd edib ki, həmin 6 aylıq müddət ərzində hərbi qulluqçunun xidmətə münasibəti, adaptasiyası və fəaliyyət göstəriciləri nəzərə alınır:

“Əgər xanım bu 6 aylıq müddətdə xidmətə uyğunlaşa bilirsə, hərbi xidmət ona uyğundursa, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirirsə, əlbəttə, həmin müddət sonradan komandanlıq tərəfindən uzadıla bilər”.

Hərbi ekspert bildirib ki, belə yanaşma uzunmüddətli müqavilə bağlanmazdan əvvəl həm hərbi qulluqçu, həm də xidmət etdiyi hərbi hissə üçün müəyyən üstünlüklər yaradır.

“Çünki bağlaşma, məsələn, 3 illik müqavilə əsasında həyata keçirilir. Bu halda sonradan xidmətə uyğunlaşa bilməyən şəxslə bağlı həm hərbi hissə, həm birləşmə, həm də onun xidmət keçdiyi idarə və müəssisə üçün əlavə çətinliklər yarana bilər. 6 aylıq müddətin nəzərdə tutulması məhz bu kimi halların qarşısını almaq məqsədi daşıyır”.

Ekspertin fikrincə, bu yanaşma hərbi xidmətin səmərəliliyinin və keyfiyyətinin artırılmasına da müsbət təsir göstərə bilər.

“Bu, mənə görə, normal yanaşmadır. Eyni zamanda hərbi xidmətin keyfiyyətinin artmasına səbəb ola bilər”, – deyə Üzeyir Cəfərov əlavə edib. konkret.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar