Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ağdərədə yeni su elektrik stansiyaları qurulur - Video

Tarix: 19-09-2026 12:46     Baxış: 322 A- / A+
Ağdərədə yeni su elektrik stansiyaları qurulur - GÖRÜNTÜ"AzərEnerji" ASC dövlət başçısının tapşırığına uyğun olaraq Ağdərə rayonunda irihəcmli enerji layihələri həyata keçirir.
Bu barədə "AzərEnerji" ASC-dən məlumat verilib.
Bildirilib ki, Tərtərçayın Ağdərə rayonundan keçən hissəsində 8,2 meqavat gücündə "Çardaqlı-1" və 6,8 meqavat gücündə "Çardaqlı-2" su elektrik stansiyaları tikilir. Layihə çərçivəsində hər iki stansiya üçün suqəbuledicilər və maşın zalları inşa olunur, mürəkkəb dağlıq relyefdə ümumilikdə 11,4 kilometr uzunluğunda, 2400 millimetr diametrli derivasiya boruları çəkilir.
Bununla yanaşı, Ağdərədə yerləşən 10,4 meqavat gücündə "Həsənriz" Su Elektrik Stansiyası müasir standartlara uyğun şəkildə yenidən qurulur. Eyni zamanda, 110/35/10 kilovoltluq "Həsənriz" yarımstansiyası da sökülərək ən son rəqəmsal texnologiyalar əsasında tam yenidən inşa edilir. "Həsənriz" yarımstansiyası istehlakçıların, o cümlədən sənaye müəssisələrinin enerji təchizatının etibarlılığını artırmaqla yanaşı, "Sərsəng" və bölgədə fəaliyyət göstərən digər su elektrik stansiyalarında istehsal olunan enerjinin ölkə enerji sisteminə təhlükəsiz və fasiləsiz ötürülməsini təmin edəcək.
Buna qədər isə regionun enerji infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlardan biri kimi Kəlbəcərdən Ağdərəyədək 42 kilometr uzunluğunda, 110 kilovoltluq ikidövrəli "Kəlbəcər–Həsənriz" ötürmə xətti çəkilib. Xəttin Şuşa istiqamətindən gələn 110 kilovoltluq ötürmə xətti ilə əlaqələndirilməsi nəticəsində Qarabağ bölgəsində etibarlı, dayanıqlı və çevik dairəvi enerji təchizatı sxemi yaradılıb.
Bununla yanaşı, Ağdərədə 14,7 meqavat gücündə yeni "Qozlukörpü" Su Elektrik Stansiyası tikilib və bu ilin yanvar ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.
Beləliklə, Kəlbəcər və Laçın Şərqi Zəngəzur iqtisadi rayonunun "yaşıl enerji" mərkəzinə çevrildiyi kimi Ağdərə də, Qarabağ iqtisadi rayonunun "yaşıl enerji" mərkəzinə çevrilməkdədir. Həyata keçirilən layihələr regionun enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, Qarabağın bərpası və iqtisadi inkişafına da mühüm töhfə verir.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar