Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib

Tarix: 21-09-2026 17:02     Baxış: 330 A- / A+


Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib
Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsində istifadə olunan elmi materialların sistemləşdirilməsi və fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər çərçivəsində Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib.
Ədliyyə Nazirliyindən verilən xəbərə görə, Məhkəmə Ekspertizasının Metodik Fondu ekspert tədqiqatlarının əsasını təşkil edən elmi-metodik materiallardan ibarət məlumat bazasıdır. Fondun əsas məqsədi məhkəmə ekspertlərinin, ekspertizanı təyin edən orqan və şəxslərin, iş üzrə digər tərəflərin və özəl məhkəmə ekspertlərinin müvafiq elmi-metodik materiallara əlçatanlığını təmin etməkdir. Metodik Fond Ədliyyə Nazirliyi tərəfindən formalaşdırılır və idarə olunur.
O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli 228 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmə Ekspertizasının Metodik Fondunun yaradılması və istifadəsi Qaydaları” ilə tənzimlənir.
Metodik Fond Ədliyyə Nazirliyinin (www.justice.gov.az), eləcə də Məhkəmə Ekspertizası Mərkəzinin rəsmi internet səhifələrində (www.expert.gov.az) yerləşdirilib və istifadəyə açıqdır.
Fondun məlumat bazası Ədliyyə Nazirliyi ilə yanaşı, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Müdafiə Nazirliyinin müvafiq ekspertiza idarələri, habelə elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri, qanunvericiliyə uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyaları, özəl hüquqi şəxslər, eləcə də özəl məhkəmə ekspertləri tərəfindən təqdim edilən məlumatlar əsasında formalaşdırılır.
Məlumat bazasında hər bir elmi-metodik material barədə əsas məlumatlar, o cümlədən elmi-metodik materialın adı, aid olduğu məhkəmə ekspertizası sahəsi, müəllifin və ya müəlliflərin adı, soyadı və atasının adı, yaxud materialı təqdim edən idarə, müəssisə və ya təşkilatın adı və hüquqi ünvanı, materialın nəşr olunduğu il və yer, elmi-metodik materialın tam mətni, materialın Fonda daxil edildiyi tarix və qeydiyyat nömrəsi ilə bağlı digər məlumatlar yer alır.
Metodik Fond məhkəmə ekspertizası sahəsində elmi və metodik məlumatların vahid bazada toplanmasına, sistemləşdirilməsinə və onlardan səmərəli istifadə imkanlarının yaradılmasına xidmət edir. Həmçinin nadir tapılan metodik materialların Fondda sistemləşdirilməsi bu sahədə tədqiqat aparan elmi işçilər üçün faydalı məlumat mənbəyi yaradır.
Məhkəmə Ekspertizasının Metodik Fondu ilə linkə keçid edərək tanış olmaq mümkündür.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar