Belqorod vilayətinin sabiq vitse-qubernatoru və Belqorod şəhərinin sabiq meri Konstantin Polejayev Ukraynada gedən döyüşlərdə aldığı ağır yaralardan ölüb.
Manevr.az xəbər verir ki, bu barədə “MK” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Polejayev Rusiya Silahlı Qüvvələrinin Belqorod bölməsində “BARS” dəstəsinin tərkibində xidmət edib. O, pilotsuz uçuş aparatının hücumu nəticəsində ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq, keçmiş məmurun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Konstantin Polejayev 2015-2019-cu illərdə Belqorod şəhərinin meri olub, daha sonra Belqorod vilayətinin vitse-qubernatoru vəzifəsində çalışıb.
2024-cü ildə məhkəmə Polejayevi rüşvət almaqda təqsirli bilərək beş il müddətinə azadlıqdan məhrum edib. İstintaqın məlumatına görə, o, tikinti şirkətinin direktorundan dövlət müqavilələrinin əldə edilməsinə köməklik göstərmək müqabilində ümumi dəyəri təxminən 18 milyon rubl olan iki bahalı avtomobil alıb.
“MK”nın məlumatına görə, hökm qüvvəyə minməzdən əvvəl Polejayev Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb və bundan sonra cəzasını çəkməkdən azad edilərək hərbi xidmətə göndərilib.
Xəbər lenti
Belqorodun keçmiş vitse-qubernatoru Ukraynadakı müharibədə ölüb
Belqorod şəhərinin sabiq meri Konstantin Polejayev
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























