Xəbər lenti
COVID-19-dan illər sonra dəhşətli tapıntı: Kisələrdən insan cəsədləri çıxdı
Rumıniyanın cənubundakı Slatina şəhərində yerləşən bələdiyyə qəbiristanlığında COVID-19 pandemiyası zamanı ölən şəxslərin qalıqlarının olduğu kütləvi məzarlıq aşkarlanıb.Manevr.az publikaaz-a istinadən xəbər verir ki, hadisə qəbiristanlıqda təmir işləri aparılarkən üzə çıxıb.
Qəbiristanlıqdakı sərdabələrdən birinin yenidən qurulması zamanı yüzlərlə insan sümüyü, həmçinin pandemiya dövründə ölən şəxslərin hələ parçalanmamış cəsədlərinin yerləşdirildiyi xüsusi kisələr tapılıb. Məlumata görə, kisələrin üzərində dəfn tarixləri qeyd olunub və onların pandemiya zamanı istifadə edilən tibbi qoruyucu torbalar olduğu müəyyənləşdirilib.
Slatina meri Mario De Mezzo bildirib ki, aşkar edilən insan qalıqları və meyitlər araşdırılmaq üçün polisə təhvil verilib. Hazırda onların kimliyi, qalıqların mənşəyi və ölüm səbəbləri müəyyənləşdirilir.
Mer hadisə ilə bağlı mümkün cinayət motivinin də araşdırıldığını və hüquq-mühafizə orqanlarına ilk müraciətin sentyabrın 3-də edildiyini bildirib.
Qeyd olunub ki, qəbiristanlıq son 16 il ərzində özəl şirkət tərəfindən idarə edilib. Obyekt yalnız bu yaxınlarda bələdiyyənin balansına keçirilib.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























