Xəbər lenti
Aristotelin İsgəndərə dərs dediyi məktəb tapıldı - 2300 illik sirr açılır
Yunanıstanın şimalında yerləşən qədim Mieza şəhərində eramızdan əvvəl IV əsrə aid iri arxeoloji kompleks aşkarlanıb.Manevr.az xəbər verir ki, kompleksin məşhur filosof Aristotelin gənc Makedoniyalı İsgəndərə dərs dediyi məktəb olduğu ehtimal edilir.
Arxeoloji qazıntılar zamanı ərazidə iki ziyafət zalı, idman meydançası, stadion, üstüörtülü qalereya və tədris üçün nəzərdə tutulan otaqlar aşkarlanıb. Bəzi otaqlarda daş oturacaqların olduğu müəyyən edilib.
Tikililərin döşəmələrində mozaikalar, müxtəlif hissələrində isə sütunlar aşkarlanıb. Ziyafət zallarında vaxtilə qonaqlar üçün nəzərdə tutulan yataqların yerləşdirildiyi xüsusi platformalar da qorunub saxlanılıb.
Mütəxəssislər kompleksin memarlıq və bəzək üslubunun qədim Makedoniyanın paytaxtı Egeydə yerləşən kral sarayına bənzədiyini bildirirlər. Bu oxşarlıq arxeoloqlara tikilinin kral ailəsi ilə əlaqəli ola biləcəyini düşünməyə əsas verir. Araşdırmalar davam etdirilir.lent.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























