Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Buker mükafatının 2026-cı il üzrə qısa siyahısı açıqlanıb

Tarix: 23-09-2026 12:32     Baxış: 420 A- / A+


Buker mükafatının 2026-cı il üzrə qısa siyahısı açıqlanıb
Buker mükafatının 2026-cı il üzrə qısa siyahısı açıqlanıb.
Manevr.az apa-ya istisna xəbər verir ki, 2026-cı il Buker mükafatının qısa siyahısına altı əsər daxil edilib.
Məlumata görə, siyahıda iki əvvəlki qalib, bir dəfə qısa siyahıda yer alan müəllif və mükafata ilk dəfə namizəd olan üç yazıçı var.
Qısa siyahıya daxil edilən əsərlər arasında İngiltərəni təmsil edən M. Con Harrisonun ("The End of Everything"), Yamayka yazıçısı Marlon Ceymsin ("The Disappearers"), İngiltərədən olan Lyuk Kennardın ("Black Bag"), ingiltərəli Rebekka Perrinin (May We Feed the King), ABŞ yazıçısı Elizabet Stroutun ("The Things We Never Say") və Şotlandiya müəllifi Duqlas Stüartın ("John of John") romanları yer alıb.
Qısa siyahı klassik ədəbiyyat üzrə mütəxəssis, yazıçı və aparıcı Meri Beardın rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən seçilib. Münsiflər heyətinə, həmçinin mükafatlı şair və yazıçı Raymond Antrobus, musiqiçi və yazıçı Jarvis Cocker, jurnalist və tənqidçi Rebecca Liu, Buker mükafatının əvvəlki qısa siyahı namizədi, yazıçı və esseist Patricia Lockwood daxildir.
Qeyd olunur ki, 55 ildən artıqdır təqdim edilən Buker mükafatı ingilisdilli ədəbiyyatın ən nüfuzlu mükafatlarından biri hesab olunur. Bu ilki seçim 163 təqdim edilmiş əsər arasından müəyyənləşdirilən 13 kitablıq ilkin siyahıdan hazırlanıb.
Mükafat ingilis dilində yazılmış və 2025-ci il oktyabrın 1-dən 2026-cı il sentyabrın 30-dək Böyük Britaniya və ya İrlandiyada nəşr olunan bədii əsərlər arasında təqdim edilir.
2026-cı ilin qalibi noyabrın 9-da Londonda keçiriləcək mərasimdə açıqlanacaq. Qalib müəllif 50 min funt sterlinq, qısa siyahıya düşən müəlliflərin hər biri isə 2,5 min funt sterlinq mükafat alacaq.

Buker mükafatının 2026-cı il üzrə qısa siyahısı açıqlanıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar