Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ordunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

Tarix: 22-09-2026 17:17     Baxış: 324 A- / A+
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Beynəlxalq Müştərək Strateji Komandanlığının rəhbəri general-polkovnik Sebahattin Kılınç ilə görüşüb.
Manevr.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qonaqları salamlayan general-polkovnik K.Vəliyev Azərbaycan-Türkiyə arasında münasibətlərin tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib.
Tərəflər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlərin şəxsi heyətin peşə hazırlığının yüksəldilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və ordularımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.
Görüşdə həmçinin hərbi, hərbi təhsil, hərbi-texniki, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi də aparılıb.
Medial
Medial

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar