Sizin Reklam Burada
Xəbər lenti
24-09-2026
23-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ata cinayət törədən oğlunu polisə təhvil verdi

Tarix: 24-09-2026 23:15     Baxış: 328 A- / A+
Yaponiyada ata oğlunun axtarıldığını öyrənərək onu polisə təhvil verib.

Bu barədə “Tokyo Reporter” məlumat yayıb.

Bildirilib ki, Akaşi şəhərində polis 83 yaşlı qadını vurmaqda və hadisə yerindən qaçmaqda şübhəli bilinən 51 yaşlı balıqçını saxlayıb.

Qəza sentyabrın 20-si səhər saatlarında Akaşi limanı yaxınlığındakı yaşayış massivində baş verib. Kişi velosipedlə qadını vurarkən o, evinin yanında iti sığallamaq üçün əyilib. Toqquşmadan sonra o, heç bir köməklik göstərmədən uzaqlaşıb.

Zərərçəkən başından ağır xsarət alıb və huşunu itirib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Şübhəlinin tutulmasına yaşı 80-dən çox olan öz atası kömək edib. Kişi hadisə ilə bağlı televiziya sujetini görüb, oğlunun qəribə davranışını hiss edib və şübhələri barədə ən yaxın polis bölməsinə məlumat verib.

Polisin məlumatına görə, kişi təqsirini etiraf edib və hərəkətdə olarkən diqqətinin yayındığını və təqaüdçünü vurduğunu bildirib.

“Qaçdım, çünki üstümə qışqırmalarını istəmirdim”, – deyə o, müstəntiqlərə izahat verib. publika.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar