Sizin Reklam Burada
Xəbər lenti
25-09-2026
BÜTÜN XƏBƏRLƏR

Əsas prioritetlərdən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir - Prezident

Tarix: 26-09-2026 10:11     Baxış: 332 A- / A+
Əsas prioritetlərdən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir - PrezidentDaxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir.
Manevr.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycan Avropa bazarı ilə inteqrasiyasının gücləndirilməsi və tərəflər arasında qarşılıqlı iqtisadi asılılığın artırılması strateji prioritetlərdən biri kimi çıxış edir:
"Bu proses həm regional bağlantıların inkişafına, həm də ölkənin daxili iqtisadi dayanıqlığına müsbət təsir göstərir. Yerli ehtiyacların ödənilməsi çərçivəsində daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Qlobal iqlim dəyişikliyinin kəskin fəsadları və su ehtiyatlarının azalması kimi faktorlar kənd təsərrüfatı sektorunda yeni yanaşmaların tətbiqini zəruri edir. Mövcud çağırışlara cavab olaraq, ölkədə Ərzaq Təhlükəsizliyi üzrə Dövlət Proqramı qəbul edilib. Sektor üzrə müəyyən məhdudiyyətlər və təbii çətinliklər olsa da, görülən tədbirlər kənd təsərrüfatının potensialını artırmağa yönəlib. Ekspertlərin qiymətləndirməsinə görə, həyata keçirilən islahatlar və yaradılan şərait bu sahəni həm daxili, həm də xarici investorlar üçün cəlbedici biznes mühitinə çevirir".

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar