Xəbər lenti
Öskürəndə başınız ağrıyır: səbəbi nədir?
Öskürək kifayət qədər geniş yayılmış əlamətdir və stressdən, gərginlikdən tutmuş daha ciddi tibbi problemlərə qədər müxtəlif səbəblərlə əlaqəli ola bilər.Manevr.az xəbər verir ki, öskürək zamanı baş ağrısı döş qəfəsi və qarın boşluğunda təzyiqin qəfil artması, bu təzyiqin isə qan damarlarına və onurğa-beyin mayesinə ötürülməsi nəticəsində yarana bilər.
Öskürəklə əlaqəli baş ağrısının iki növü fərqləndirilir.
İlkin öskürək baş ağrısı
Birincili öskürək baş ağrısı öskürərkən, asqırarkən və ya gücənərkən qəfil yaranan kəskin ağrıdır. Bu, yalnız həmin hərəkətlər zamanı meydana çıxan spesifik baş ağrısı növüdür və adətən öskürək və ya gərginlik dayandıqdan qısa müddət sonra keçir.
Güclü öskürək zamanı orqanizmdə baş ağrısına səbəb ola biləcək bir neçə proses baş verir:
Baş nahiyəsində qan təzyiqi müvəqqəti olaraq artır.
Döş qəfəsi və qarın boşluğunda təzyiq yüksəlir.
Beyindəki qan damarları sürətlə genişlənə bilər.
Beynin ətrafındakı onurğa-beyin mayesinin təzyiqi yüksələ bilər.
Baş və boyun əzələləri qəfil gərginləşə bilər.
İkinci dərəcəli öskürək baş ağrısı
İkincili öskürək baş ağrısı isə başqa sağlamlıq problemləri ilə əlaqəli ola bilər. Bunlara beynin struktur anomaliyaları, o cümlədən Arnold-Kiari anomaliyası, şişlər və ya qan damarları ilə bağlı problemlər daxildir.
Vəziyyəti necə yüngülləşdirmək olar?
İstirahət etmək və sakit şəraitdə qalmaq tövsiyə olunur.
Uyğun ağrıkəsici preparatlardan istifadə edilə bilər.
Kifayət qədər su içmək vacibdir.
Boğazdakı qıcıqlanmanı azaltmaq üçün antiseptik spreylərdən istifadə oluna bilər.lent.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























