Xəbər lenti
Ukrayna-Macarıstan oyununda əlbəyaxa dava - Video

Manevr.az modern.az-a istinadla xəbər verir ki, Budapeştdə keçirilən qarşılaşma Ukrayna millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin əlavə olunmuş vaxtda meydanda vəziyyət kəskin şəkildə gərginləşib.
Əlavə vaxtın ikinci dəqiqəsində Ukrayna millisinin hücumçusu Aleksandr Nazarenko meydanın kənarında Macarıstan yığmasının yarımmüdafiəçisi Raymund Totla sərt mübarizə aparıb. Bu epizoda görə ukraynalı futbolçu ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bundan qısa müddət sonra Ukrayna millisinin hücumçusu Viktor Siqankov Macarıstan yığmasının kapitanı Dominik Soboslay ilə söz mübahisəsinə girib. Komanda yoldaşının müdafiəsinə Macarıstanın müdafiəçisi Miloş Kerkez keçib və bundan sonra hər iki komandanın digər futbolçuları, o cümlədən ehtiyat oyunçular da qarşıdurmaya qoşulublar.
Ukrayna millisinin kapitanı Nikolay Matviyenko Kerkezi formasının yaxasından tutub. Qarşıdurmanın qızğın anında Matviyenko özü də yerə yıxılıb.
Bu zaman tribunadan futbolçuların olduğu istiqamətə müxtəlif əşyalar atılmağa başlayıb. Onlardan biri Macarıstan millisinin yarımmüdafiəçisi Andraş Şeferin başına dəyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























