Sizin Reklam Burada
Xəbər lenti
28-09-2026
27-09-2026
BÜTÜN XƏBƏRLƏR

Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar

Tarix: 29-09-2026 08:43     Baxış: 311 A- / A+
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar
Quba rayonunda 40 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Hadisə Quba rayonunun qəsəbələrindən birində baş verib. Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Elxan yaşadığı evdə arvadı Nurcan (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı 40 yaşlı kişi arvadının üz nahiyələrinə yumruqla qəsdən vuraraq ona xəsarət yetirib.

Elxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Elxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü, saat 15 radələrində yaşadıqları evdə olarkən arvadı ilə aralarında mübahisə yaranıb:

"Mübahisə zamanı əsəbləşərək Nurcanın üz nahiyəsindən yumruqla vuraraq ona xəsarət yetirdim. Mübahisə təqribən 5 dəqiqə davam etdi və həmin vaxt yanımızda kənar şəxslər olmayıb".

Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib.

Quba Rayon Məhkəməsinin hökmü ilə Elxan aylıq qazancından 10 faiz dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. demokrat.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar