Sizin Reklam Burada
Xəbər lenti
28-09-2026
27-09-2026
BÜTÜN XƏBƏRLƏR

Manatla bağlı hamını maraqlandıran sual: Devalvasiya olacaq?

Tarix: 29-09-2026 10:41     Baxış: 414 A- / A+



Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı manat məzənnəsinin 2017-ci aprel ayından etibarən stabil qaldığını və yaxşı ticarət balansımızın olduğunu bildirib. Milli valyutanın məzənnəsi maliyyə stabilliyinin gücləndirilməsi baxımından vacib meyarlardandır. Bu baxımdan, məzənnə siyasəti makro-iqtisadi stabilliyin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Növbəti dövrdə manatın məzənnəsi necə dəyişəcək? Devalvasiya riski tam aradan qalxıbmı?
Manevr.az xəbər verir ki, deputat Vüqar Bayramovun sözlərinə görə, Milli valyutanın məzənnəsinə ən çox təsir göstərən faktor ölkəyə daxil olan valyutanın həcmidir. Neftin dünya bazar qiyməti isə Azərbaycanın tədiyyə balansına ən çox təsir göstərən tarazlıq olaraq qalmaqdadır.
V.Bayarmov qeyd edib ki, yüksək neft qiymətləri və eləcə də qeyri-neft ixracatındakı artımlar 2026-cı ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun qorunub saxlanmasına imkan yaradıb:
"2026-cı ilin ilk 7 ayında Azərbaycan ixracatı nominal ifadədə 39 faiz, real ifadədə isə 11 faiz artaraq 20.1 milyard dollara çatıb. Qeyri neft-qaz ixracatında isə daha yüksək artım qeydə alınıb: 2 dəfə. Bu müddətdə Azərbaycan 5.9 milyard dollarlıq qeyr neft-qaz məhsulları ixrac edib. Digər mühüm məqam idxalda azalmanın qeydə alınmasıdır. Azərbaycan idxalı 43 faiz azalaraq 9.8 milyard dollara düşüb. Bu həmin dövrdə 10 milyard dollardan çox müsbət ticarət saldonun yaranması deməkdir. Göründüyü kimi, 2026-cı ilin geridə qalan aylarında xarici ticarət və eləcə də tədiyyə balansındakı müsbət dinamika valyuta bazarındakı tarazlığı qoruyub saxlamağa imkan yaradıb".
Deputat bildirib ki, digər tərəfdən, Mərkəzi Bank dollara tələbin azalması səbəbindən strelizasiya tədbirləri ilə valyuta ehtiyatlarını artıra bilib. 2026-cı ilin ilk 9 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 3.8 milyard dollar artıb. 2025-ci ili 11.5 milyard dollar ehtiyatlar ilə başa vuran Mərkəzi Bankın hazırda 15.3 milyard dollar rezervləri var. Bu ilin geridə qalan dövründə Mərkəzi Bankın valyuta ehtiyatları hər ay əvvəlki aya nisbətən artıb:
"Mövcud rəqəmlər valyuta bazarındakı tarazlığı qorumağa imkan yaradır. Bununla belə, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün orta və uzun müddətli dövrdə manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq".milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar