Xəbər lenti
Seysmoloqdan Azərbaycandakı zəlzələlərlə bağlı xəbərdarlıq
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı seysmoloq Ənvər Əliyev modern.az-a açıqlama verib:
“Azərbaycanda seysmoloji aktivlik həmişə olub və bu, bizim yerləşdiyimiz coğrafi ərazi üçün xarakterikdir. İl ərzində burada seysmoloji baxımdan minlərlə aktivlik qeydə alınır. Üç, dörd, beş ballıq zəlzələlər baş verir. Beş baldan yuxarı zəlzələlər isə artıq hiss olunan və insanların əksəriyyətinin duyduğu təkanlardır. Biz seysmoloji baxımdan planetin üç ən aktiv zonasından birində, bəlkə də ən aktiv zonalarından birində yerləşirik.”
Onun sözlərinə görə, seysmoloji aktivliyin olması qarşıdakı dövrdə mütləq daha güclü zəlzələnin baş verəcəyi anlamına gəlmir. Bəzən üçballıq, dörd və ya dörd-yarım ballıq zəlzələlər baş verir və bunlar əsasən episentrə yaxın ərazilərdə hiss olunur. Yer daxilində toplanan enerjinin kiçik zəlzələlər vasitəsilə tədricən boşalması ilə bağlı fikirlər olsa da, bu yanaşma tam və qəti elmi izah kimi qəbul edilmir.
Ənvər Əliyev deyib ki, bəzi hallarda enerji uzun müddət toplana və nəticədə daha güclü zəlzələlərə səbəb ola bilər. Azərbaycan ərazisində Avrasiya və Ərəbistan plitələrinin qarşılıqlı hərəkəti nəticəsində böyük təzyiq yaranır və bu proses güclü zəlzələlərin baş verməsinə səbəb ola bilər. Bununla belə, konkret olaraq zəlzələnin nə zaman baş verəcəyini əvvəlcədən müəyyənləşdirmək mümkün deyil. Buna görə də seysmoloji aktivliyin artmasını müşahidə etməklə yaxın zamanda zəlzələ olacağını dəqiq söyləmək mümkün deyil.
“Ümumiyyətlə, il ərzində minlərlə seysmoloji proses baş verir və bu, bizim üçün qeyri-adi hal deyil. Aktivliyin müəyyən dövrlərdə artması mümkündür, lakin bunu mütləq güclü zəlzələnin xəbərçisi kimi qiymətləndirmək olmaz. Yaşadığımız coğrafi məkan dünyanın ən aktiv, dağəmələgəlmə proseslərinin getdiyi seysmoloji zonalarından biridir və burada zəlzələlərin baş verməsi təbii prosesdir”, – deyə seysmoloq bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Media
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar



















.webp)









