Xəbər lenti
35 yaşlı kişinin bədənindən çıxanlar həkimləri ŞOKA SALDI
Çində sidiyə çıxarkən ağrı və sidikdə qan şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı kişinin bədənində onlarla metal əşya aşkarlanıb. Onlardan birinin ürəyi əhatə edən qişanı deşdiyi məlum olub.Manevr.az lent.az-a istinadən xəbər verir ki, ilkin müayinədə xəstənin həyati göstəriciləri normal olub, lakin görüntülərdə döş qəfəsi nahiyəsində şübhəli kölgə görən həkimlər kompüter tomoqrafiyası aparıblar.
Müayinə zamanı ürək nahiyəsində, qarın və çanaq boşluğunda, sidik kisəsində, həmçinin cinsiyyət orqanında iynəyə bənzər çoxsaylı metal əşyalar müəyyən edilib. Ən ciddi təhlükəni ürəkətrafı kisəni, perikardı deşən 3,5 santimetrlik tikiş iynəsi yaradıb.
Uşaqlıqdan psixi sağlamlıq problemləri olduğu bildirilən kişi bu əşyaların bədəninə necə düşdüyünü izah edə bilməyib. Onun qəyyumu olan atası da bundan xəbərsiz olduğunu deyib.
İki il əvvəl də xəstənin qarnından yad cisimlər çıxarıldığını nəzərə alan həkimlər əşyaların özünə zərərvermə davranışı nəticəsində bədənə daxil edilmiş ola biləcəyindən şübhələniblər. Bununla belə, onların bədənə hansı yolla düşdüyü dəqiq müəyyənləşdirilməyib.
Kişi təcili əməliyyat olunub və ürəkətrafı kisədən güclü paslanmış iynə çıxarılıb. Həkimlər iynənin uzun müddət orada qaldığını bildiriblər. Maraqlıdır ki, xəstənin sinəsində çapıq və ya deşilmə izi aşkarlanmayıb.
Ürəyin fəaliyyətində yaranan problemlər səbəbindən xəstənin bərpası vaxt aparıb. O, doqquz gün sonra evə buraxılıb, doqquz aylıq müşahidənin sonunda isə ürəyinin fəaliyyəti tam normallaşıb.
Digər iynələrin çıxarılması yüksək risk daşıdığından həkimlər əlavə müdaxilə etməyərək xəstəni müşahidə altında saxlamağa qərar veriblər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Media
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























