Sizin Reklam Burada
Xəbər lenti
29-09-2026
28-09-2026
BÜTÜN XƏBƏRLƏR

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları müzakirə olunub

Tarix: 29-09-2026 20:15     Baxış: 319 A- / A+
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları müzakirə olunub

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında səmərəli əməkdaşlıq reabilitasiya vasitələri ilə təminat sistemini də əhatə edir. Son illər ölkəmizdə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növləri ÜST-nin təsnifatına uyğun qruplaşdırılıb və bu növlərin sayı 57-dən 130-a çatdırılıb".
Manevr.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirlikdə ÜST-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Hande Harmancı ilə keçirilən görüşdə bildirib.
O, Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son illər ölkəmizdə aparılan sosial islahatlar çərçivəsində əlillik və reabilitasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində atılan addımları diqqətə çatdırıb.
Bu islahatlarda ÜST ilə birgə fəaliyyətə də xüsusi önəm verildiyi, uğurlu əməkdaşlıq təcrübəsinin qarşıdakı dövrdə daha geniş miqyaslı əməkdaşlıq üçün möhkəm zəmin yaratdığı vurğulanıb. Əhalinin icbari tibbi sığortası sahəsində həyata keçirilən islahatlar, innovativ həllərin tətbiqi, xidmətlərin çevikliyinin və əlçatanlığının artırılması üçün aparılan işlər barədə məlumat verilib.
Xanım Hande Harmancı ölkəmizdə aparılan sosial islahatlar, ÜST və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlığına dair müsbət fikirlərini ifadə edib. Görüşdə əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində ÜST ilə əməkdaşlıq imkanları müzakirə edilib..
Medial
Medial

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar