Sizin Reklam Burada
Xəbər lenti
29-09-2026
28-09-2026
BÜTÜN XƏBƏRLƏR

Keçmiş ər-arvadın 1,7 milyonluq əmlakı hərraca çıxarılır

Tarix: 29-09-2026 18:50     Baxış: 315 A- / A+
 







Axar.azAZR


Bakı şəhəri Səbail Rayon Məhkəməsi keçmiş ər-arvad arasında ümumi paylı mülkiyyətdə olan iki mənzilin və dörd qarajın açıq hərracda satılması barədə qərar qəbul edib.
Manevr.az qaynarinfo-ya istinadla xəbər verir ki, məhkəməyə müraciət edən iddiaçı Sitarə Azər qızı Rzazadə tərəflərin ümumi mülkiyyətində olan əmlakların naturada bölünməsini, bu mümkün olmadığı halda isə payına uyğun kompensasiya ödənilməsini istəyib.
Cavabdeh tərəf isə Rəşad Tofiq oğlu Hacıyevdir.
Sitarə Rzazadə məhkəmədən kompensasiya da mümkün olmadıqda əmlakların hərracda satılaraq əldə olunan vəsaitin tərəflər arasında paylarına uyğun bölüşdürülməsini tələb edib.
İş materiallarından məlum olub ki, əvvəlki məhkəmə qərarları ilə mübahisəli əmlakların üzərində tərəflərin hər birinin 1/2 payı müəyyən edilib.
Ekspertiza nəticəsində hər iki mənzilin tərəflərin paylarına uyğun olaraq iki ayrı, təcrid olunmuş mənzil şəklində bölünməsinin texniki baxımdan mümkün olmadığı müəyyənləşdirilib. Qarajların da fiziki olaraq bölünməsinin mümkün olmadığı tərəflər tərəfindən təsdiqlənib.
Məhkəmə tərəflərin kompensasiya məsələsində razılığa gəlmədiyini nəzərə alıb. Cavabdehin nümayəndəsi kompensasiya ödəməyə maddi imkanlarının olmadığını bildirib və əmlakların açıq hərraca çıxarılmasını istəyib.
Mütəxəssis rəyinə əsasən, hərraca çıxarılacaq əmlakların ümumi ilkin satış qiyməti 1 milyon 694 min manat müəyyən edilib.
Qətnaməyə əsasən, əmlaklar açıq hərraca çıxarılaraq satılmalı, satışdan əldə olunan vəsait tərəflərin hər birinin 1/2 payına uyğun olaraq bölüşdürülməlidir.
Qeyd edək ki, tərəflərin “Toyota Kəmri” və “Mersedes GL500” markalı avtomobillərlə bağlı barışıq sazişi imzalaması səbəbindən həmin nəqliyyat vasitələri üzrə işə xitam verilib.
Məhkəmə həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına qərar verib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar