Xəbər lenti
Azərbaycan və Gürcüstan arasında memorandum imzalandı
2026-cı il sentyabrın 30-da ölkəmizdə səfərdə olan Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Ali Məhkəməsində görüş keçirilib.Manevr.az xəbər verir ki, Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycanla Gürcüstan arasında dostluq münasibətlərinin məhkəmə sahəsində əlaqələrin genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını bildirib. Qarşılıqlı səfərlərin və davamlı dialoqun təcrübə mübadiləsinə, eləcə də əməkdaşlığın inkişafına töhfə verdiyi vurğulanıb.
Görüşdə Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, ədalət mühakiməsinin səmərəliliyinin və əlçatanlığının artırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması sahəsində fəaliyyəti diqqətə çatdırılıb.
Müzakirələr zamanı məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqi və bu sahədə təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub.
Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidze səmimi qəbula görə təşəkkürünü bildirərək iki ölkənin ali məhkəmələri arasında əlaqələrin inkişafına önəm verildiyini və qarşılıqlı təcrübə mübadiləsinin faydalı olduğunu vurğulayıb.
Görüşün sonunda Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə Gürcüstan Ali Məhkəməsi arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandum məhkəmə sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqinə, hakimlərin və məhkəmə əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılmasına, habelə iki ölkənin ali məhkəmələri arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlib.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Media
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar



















.webp)









