Sizin Reklam Burada
Xəbər lenti
30-09-2026
29-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ötərxan ELTAC poeziyasına fəlsəfi baxış

Tarix: 30-09-2026 22:51     Baxış: 330 A- / A+
 
Ötərxan ELTAC                                   
 
İctimai fikrin duyumu,  zamanın həyat yükünü çiynində daşıyanların istək və arzularının həyat inamını artırır.
Həyat yolçuluğu, daima insanın idraki düşünərliyini ortaya qoyur. 

İstək və arzuların həyata bağlılığı,  insan hisslərinin həyati səmimiyyətini dilə gətirməklə aydınlanır.  
Ötərxan Eltacın lirikasının həyati duyumu, sağlam ruhun ülviyyətinə aydınlıq gətirir..
Şairin poeziyasının mənəvi duyarlılığı,  öncə duyğuların könül açılımını yeniləşdirir. 

Çox özünü öyüb döşünə döymə,
Vallah ağlar qalıb, mənəm deyənlər.
İmarət ucaldıb, "sələm" eşqinə, 
Çox "haram" yoğurub, "halal ləyənlər"!

 
Həyati acıların çözümü insanın həyat ruhunun dərinliyindəki gizlinləri aşkar edir.
Cəmiyyətin sağlam məntiqə əsaslanması təbii olaraq, fikirlərin dürüst yozumunu aydına çıxarır. 
Sosial-mənəvi duyarlılığın yaratdığı oyanıqlıq, insanın mənəvi duyarlılığına münasibəti formalaşdırır.  
Ötərxan Eltacın lirikasında düşüncənin həyat alqısı fikirlərin həyat axışına münasibətini ortaya qoyur  
 
Zaman tərsinədi - "pir" olub "gədə",
Kasıba kəf gəlir, məzluma hədə.
Halallıq barmaqla göstərilsə də, 
Hey "başa çəkilir","haram" yeyənlər!


Mənəvi duyarlılığın yaratdığı oyanıqlıq,  həmişə həyati istəklərin səmimiyyətini üzə çıxardır. 
İnsanoğlunun ömür-gün yolçuluğunun acılı-şirinli günləri,  insanlığın yaşam dünyasını dəyişdirir. 
Cəmiyyətin qeyri-bərabər inkişafı, bızən fikirlərin həyat axışını simulyativ olaraq həyati-psixolojisini dərinləşdirir. 
Ötərxan Eltacın lirikasının həyati-fəlsəfiliyi arzulara işıq tutmağın yolunu açır. 

Ağılda dərya ol, elmdə dəniz,
Yenə "qulluqçusan", sanki bir "kəniz".
"Şöhrətə" kim çatıb, hansı bəndəniz?
Özgə qarşısında,  boyun əyənlər!


Haqqa yönəlməyin yolu, insan ruhunun mənəvi dayanıqlığını gücləndirir. 
İnsan xoşbəxtliyinin həyat duyumu,  zamanın dönüm nöqtəsini kəşf etdirir insana. 
Düşüncənin həyati qayəsinin dərki,  ağılın həyat vərdişlərindən doğan arzuların mükəmməlliyini saxlamasındadır..
Ötərxan Eltacın lirikasının həyatiliyi, düşüncədəki fikirlərin duyğusal axışının həyat məntiqini təsdiqləyir. 

Uca "Haqq"dan gələn,"Qanun" var gerçək,
Ona boyun əyər, "şir ilə milçək".
Hər iki dünyada hesab verəcək,
"Mənəm-mənəm" deyib, özün öyənlər!


Həyati səmimiyyətin əsil üzündə qəlbin ülviyyəti var.
Dürüstlüyün inandırıcı şəkli,  həmişə insanlığın mənəvi-əxlaqi dünyasını dəyişdirir. 
Mənəvi zənginliyin həyatla əlaqəsi, fikrin sağlamlığını üzə çıxardır. 
Ötərxan Eltacın lirikasında insanoğlunun həyat rasionallığının iç üzünün varlığı öz həyati-ruhi təsiri ilə həyata inamı təlqin edir insana. 
Şairin Söz dünyasının saflığı, insanın əməllərinin qayəsini dərk etdirir sevənlərə. 
Uğurlar arzulayıram şair qardaşıma. 

Hörmətlə:
Filoloq, Nəsib Abid 
30 sentyabr 2026-ci il


Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar