Xəbər lenti
Azərbaycanda yeni agentlik yaradıldı
Manevr.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin avqustun 20-də imzaladığı fərmanda nəzərdə tutulub.
Əsasnaməyə görə, Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft-qaz sektoruna investisiyaların cəlb edilməsi və ixracın təşviqi istiqamətində fəaliyyət göstərəcək.
Qurum sahibkarların, investorların və ixracatçıların hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə tədbirlər görəcək, onlara dövlət xidmətlərinin vahid məkanda göstərilməsini təşkil edəcək.
Agentliyin vəzifələrinə sahibkarların və startapların kredit, investisiya, qrant və digər maliyyə resurslarına çıxışının asanlaşdırılması barədə təkliflər hazırlamaq, xarici investorların yerli bazara daxil olması və fəaliyyətinin genişləndirilməsi üzrə xidmətlər göstərmək də daxildir.
Bundan başqa, mikro, kiçik və orta sahibkarlıq, investisiya və ixrac fəaliyyətinə təsir edən normativ hüquqi aktların layihələri fərmanda müəyyən edilmiş qurumlar tərəfindən Agentliklə razılaşdırılmalıdır.
Agentliyə iqtisadiyyat nazirinin Prezidentlə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad etdiyi direktor rəhbərlik edəcək. Direktorun dörd müavini olacaq.
Qurumun strukturu Aparatdan və regional bölmələrdən ibarətdir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Media
Ədəbiyyat
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























