Xəbər lenti
Günahkar axtarmayacağıq, məsuliyyət məndədir

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Lixtenşteynlə oyundakı nəticəyə görə məsuliyyəti öz üzərinə götürüb.
Mütəxəssis bu barədə mətbuat konfransında deyib.
O, Bakıda Lixtenşteyn yığması ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunu haqqında fikirlərini bölüşüb:
"Qələbə qazanmaq istəyirdik, alınmadı. Vəziyyətimizi daha da çətinləşdirdik. Epizodlardan istifadə edə, tempi qaldıra bilmədik. Günahkar axtarmayacağıq, məsuliyyət məndədir. Futbolçular çalışdılar, alınmadı".
A.Abbasov istədikləri kimi çıxış edə bilmədiklərini vurğulayıb:
"Nəticədən narazı qalanların hər biri haqlıdır. Bu gün rəqibi udmağa məcbur idik. Potensialımızdan zəif çıxış etdik. Bunun çıxış yolu Litva ilə oyunda qalib gəlməkdir. Müqaviləmiz qışa qədərdir. Biz buraya ağır dönəmdə gəldik, çəkinmədən məsuliyyəti üzərimizə götürdük. Rəhbərlik hansı qərarı versə, onlarla razıyam".
Baş məşqçi komandanı növbəti oyuna hazırlamağın çətin olacağını söyləyib:
"Heyətdə dəyişikliklər olacaq. Futbolçularla danışacağıq. Real danışmaq lazımdır, komandamı tərifləməyəcəm. Qələbə qazanan komandaya gəlməmişdim. İslandiya seçməsi bizə gəzə-gəzə 5 qol vurmuşdu. Bu gün o yoxdur. Milli komandada istək var". modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























