Sizin Reklam Burada
Xəbər lenti
05-10-2026
BÜTÜN XƏBƏRLƏR

Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü

Tarix: 06-10-2026 08:56     Baxış: 29 A- / A+
Zəngilan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində fəaliyyət göstərən "Körpü Bina Tikinti" şirkətinin Horadiz-Ağbənd dəmir yolunun 77-ci kilometrliyindəki tikinti sahəsində baş verib.

Şirkətdə sürücü işləyən Vasif Məmmədov (soyad şərtidir - red.) idarə etdiyi "Hyundai" markalı mikroavtobusla əraziyə fəhlələri gətirib, onları düşürdükdən sonra geri qayıtmaq istəyib. O, avtomobili arxaya hərəkət etdirərkən ehtiyatsızlıq edib.

Nəticədə mikroavtobus ərazidə qaynaqçı işləyən şirkət əməkdaşı Rəfayət Rəhimovun üzərindən keçib. R.Rəhimov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən V.Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmədə zərərçəkmiş şəxsin ailə üzvləri sürücüdən şikayətçi olmadıqlarını bildiriblər.

Məhkəmənin hökmü ilə V.Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun cəzasını şərti hesab edib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar