Xəbər lenti
20 il əvvəlki haqq-hesab Sarkisyanın başında çatladı – Yeni cinayət işi kürəyində
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın adı 2004-cü ildə həyata keçirilmiş iri daşınmaz əmlak sövdələşməsi ilə bağlı yeni cinayət işində hallanıb.
Ermənistan Baş Prokurorluğu Sarkisyanın həmin dövrdə Müdafiə Nazirliyinin balansında olan əmlakın bazar qiymətindən aşağı qiymətə satılması ilə əlaqəsinin olduğunu hesab edir.
Araqatsotn vilayətində yerləşən “Vana Liç Dıraxt” istirahət zonası 2004-cü ildə fiziki şəxsə 500 min ABŞ dollarına satılıb. Həmin vaxt Müdafiə Nazirliyinə Serj Sarkisyan rəhbərlik edirdi.
Özəlləşdirmədən cəmi bir il sonra isə həmin əmlakın bazar dəyəri 700 min ABŞ dolları qiymətləndirilib.
Bundan başqa, daşınmaz əmlak heç bir hüquqi və müqavilə əsası olmadan fiziki şəxsə icarəyə verilib. Daha sonra isə əmlak 115 milyon drama – hazırkı məzənnə ilə təxminən 314 min ABŞ dollarına həmin şəxsin mülkiyyətinə keçib. Faktla bağlı cinayət işi başlanıb. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























