Sizin Reklam Burada
Xəbər lenti
05-10-2026
04-10-2026
BÜTÜN XƏBƏRLƏR

Başqasının kartına səhvən köçürülən pulu necə geri alaq?

Tarix: 05-10-2026 18:15     Baxış: 324 A- / A+


Bəzən elə olur ki, hər hansı bir vətəndaş səhvən öz kartından tanımadığı başqa bir şəxsin kartına pul köçürür. Lakin sonradan həmin pulu geri ala bilmir. Qarşı tərəfin məlumatları isə açıq göstərilmədiyi üçün onunla birbaşa əlaqə saxlayıb pulu geri tələb etmək olmur. İnternetdə qısa axtarış etmək yetir ki, bu durumla çox sayda insanın qarşılaşdığını görək.
Sosial şəbəkədə çox sayda insan bankların əksər vaxtı eyni cavabı verdiyini deyirlər: “Vəsaiti köçürdüyünüz şəxs telefon zənglərinə cavab vermir”.
Manevr.az xəbər verir ki, banklar şikayətçilərə məsləhət görürlər ki, polisə müraciət etsinlər. Ancaq bu durumla qarşılaşan insanların əksəriyyəti iddia edirlər ki, polisə müraciət etsələr də, pullarını geri ala bilməyiblər. Müşahidələrimiz göstərir ki, başqasının kartına səhvən vəsait köçürən şəxslərin hər 10 nəfərindən 9-u pulunu geri ala bilmir.
Bəs bu problem necə çözülməlidir?
Maliyyə-bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bakupost.az-a bildirib ki, belə bir səhvə yol verən şəxs pul köçürülən şəxsin kartı hansı banka aiddirsə, öncə həmin bankla əlaqə saxlamalıdır:
“Bank da öz növbəsində həmin müştərisinə pulun ona səhvən köçürüldüyü barədə məlumatı çatdırmalıdır. Amma bank sirr olduğundan müştərisinin adını açıqlamamalıdır. Həmin şəxs könüllü olaraq pulu qaytarmaq istəsə, qaytaracaq. Qaytarmaq istəməsə, bank bunu ona məcbur edə bilməz”.
Belə vəziyyətdə müsahibimizə görə, çıxış yolu məhkəməyə müraciət etməkdir:
“Kartdan pul köçürərkən səhvə yol verən vətəndaş qarşı tərəfi, daha doğrusu, pula sahib olanın bankını “əsassız varlanma” iddiası ilə məhkəməyə verə bilər. Burada başqa yol yoxdur. Məhkəmədə isə həmin bank pulun əslində kimə çatdığını bildirəcək. Bu vətəndaş da sonrakı prosesdə məhkəməyə gələrək, səhvən əldə etdiyi vəsaiti niyə qaytarmadığını izah etməlidir. İzah edə bilməsə, məhkəmənin qərarı ilə pul geri, əsl sahibinə qaytarılacaq. Bu zaman iddia ilə çıxış edən vətəndaş həmçinin məhkəməyə çəkdiyi xərcləri də tələb edə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar