Sizin Reklam Burada
Xəbər lenti
06-10-2026
05-10-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda tutulan hərbçimiz istintaqa ifadə verdi

Tarix: 06-10-2026 14:56     Baxış: 324 A- / A+

Ermənistanda tutulan hərbçimiz istintaqa ifadə verdi

Ermənistanda tutulan Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayev istintqa ilkin ifadə verib.

Manevr.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatı Armen Xaçatryan yerli KİV-ə müsahibəsində deyib.

Armen Xaçatryan azərbaycanlı hərbçinin dəyişdirilməsi imkanını bu mərhələdə real hesab etmədiyini vurğulayıb.
Onun sözlərinə görə, əvvəlcə istintaq başa çatmalı və Nəsimi Musayevin əməllərinə hüquqi qiymət verilməlidir, bundan sonra məsələ dövlətlərarası münasibətlər çərçivəsində müzakirə oluna bilər.

Erməni deputat bildirib ki, azərbaycanlı əsgər artıq ilkin ifadə də verib:
“O, ilkin ifadə verib, amma xəbərdar olduğum qədər indi müalicə olunur, yaralanıb və əminəm ki,  hələ daha ətraflı ifadələr də verəcək” – deyə deputat qeyd edib.
Qeyd edək ki, Ermənistan sərhədini naməlum şəraitdə keçdikdən sonra Sünik vilayətinin Sisian rayonundakı Şəki kəndində tutulan Nəsimi Musayev barəsində 2 ay müddətinə həbsqətimkan seçilib.
Onu Şəki kəndinin qadın sakini bıçaqla yaralayıb.
Nəsimi Musayev bu gün Sisian xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə köçürülüb.
Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri oktyabrın 1-də Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar