Xəbər lenti
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət prinsipləri əsasında və bir-birinin maraqlarını nəzərə almaqla inkişaf edir.Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin “RİA Novosti”yə müsahibəsində deyib.
“2024-cü ilin dekabrında baş vermiş və Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarının həyatına son qoymuş təyyarə qəzası ilə bağlı səhifəni birlikdə geridə qoya bildiyimiz üçün çox şadıq. Bu hadisə bizim hamımız üçün ümumi faciə oldu”, – deyə o bildirib.
Mixail Kaluqinin sözlərinə görə, bu, Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında etimad mühitində aparılan dialoqsuz mümkün olmazdı.
O, həmçinin diqqətə çatdırıb ki, Rusiyadan Xəzər dənizi boyunca Azərbaycan və İran ərazisindən keçən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb qolunun inkişafı istiqamətində işlər davam etdiriləcək.
“Bu meqalayihənin əhəmiyyəti Rusiya-Azərbaycan gündəliyinin çərçivəsindən çox kənara çıxır”, – deyə Rusiya XİN-in nümayəndəsi vurğulayıb. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























