Sizin Reklam Burada
Xəbər lenti
06-10-2026
05-10-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA

Tarix: 06-10-2026 21:35     Baxış: 331 A- / A+
Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMABakıda yeni dəmir yolu xəttinin tikintisi şəhərdaxili sərnişindaşıma imkanlarının genişləndirilməsi və nəqliyyat yükünün daha səmərəli bölüşdürülməsi baxımından əhəmiyyətli ola bilər. Sərnişinlərin şəxsi avtomobillərdən dəmir yoluna keçidinin artması şəhərin əsas yollarında nəqliyyat sıxlığının azalmasına təsir göstərə bilər. Bunun üçün dəmir yolunun marşrutunun sərnişin tələbatına uyğunluğu, stansiyaların əlçatanlığı və digər ictimai nəqliyyat növləri ilə inteqrasiyası mühüm rol oynayır.

Bəs, Bakıda yeni dəmir yolu xəttinin tikintisi şəhərdaxili nəqliyyat sıxlığının azalmasına nə dərəcədə təsir göstərə bilər və sərnişinlərin avtomobildən dəmir yoluna keçidini artırmaq, eləcə də layihənin tıxac probleminin həllində real nəticə verməsi üçün hansı tədbirlərin görülməsi vacibdir?
Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMANəqliyyat eksperti Razil Nağıyev bildirib ki, yeni dəmir yolu xəttinin Bakıda şəhərdaxili nəqliyyat sıxlığının azaldılmasına müsbət təsir göstərə biləcəyini düşünür.

"Lakin burada əsas məsələ yalnız yeni dəmir yolu xəttinin istifadəyə verilməsi deyil, onun şəhərin ümumi nəqliyyat sistemi ilə nə dərəcədə düzgün inteqrasiya olunmasıdır.

Dəmir yolunun ən böyük üstünlüyü ondan ibarətdir ki, böyük sərnişin kütləsini eyni vaxtda daşımaq imkanına malikdir. Xüsusilə şəhərətrafı ərazilərdən Bakıya hər gün şəxsi avtomobillərlə daxil olan sərnişinlərin müəyyən hissəsinin dəmir yoluna keçməsi şəhərin əsas avtomobil yollarında yükün azalmasına səbəb ola bilər. Bu, həm hərəkət intensivliyinə, həm də pik saatlarda yaranan tıxaclara müsbət təsir göstərəcək. Ona görə də yeni dəmir yolu xətti avtobus, metro və digər ictimai nəqliyyat növləri ilə vahid sistem kimi fəaliyyət göstərməlidir. Stansiyaların ətrafında rahat avtobus bağlantıları, piyada keçidləri, velosiped infrastrukturu və avtomobillər üçün imkanlarının yaradılması sərnişin axınının formalaşmasına ciddi təsir göstərə bilər.

Vahid tarif və ödəniş sisteminin tətbiqi də mühüm amildir. Sərnişin bir səfər çərçivəsində avtobusdan dəmir yoluna, daha sonra metroya keçərkən həm ödəniş, həm də istifadə baxımından əlavə çətinliklərlə üzləşməməlidir. İctimai nəqliyyatın üstünlüyü onun ayrı-ayrı nəqliyyat vasitələrinin məcmusu deyil, vahid sistem kimi işləməsidir".

Ekspert bildirib ki, şəhərətrafı ərazidən gələn şəxs avtomobilini stansiyada saxlayaraq dəmir yolu ilə şəhərə daxil ola bilirsə, bu həm yolun, həm də şəhər daxilində parklanma infrastrukturunun yükünü azaldır:

"Ümumilikdə isə belə layihələrin Bakı üçün əsas üstünlüyünü mən nəqliyyat axınlarının diversifikasiyasında görürəm. Bu gün bütün sərnişinləri avtomobil və avtobusla daşımağa çalışmaq əvəzinə, sərnişin axınlarının bir hissəsini dəmir yoluna, bir hissəsini metroya, bir hissəsini isə avtobus sisteminə yönəltmək şəhərin nəqliyyat sistemini daha dayanıqlı edə bilər. Əgər yeni dəmir yolu xətti insanların evindən iş yerinə qədər olan səfər zəncirinin bir hissəsinə çevrilərsə, yəni sərnişin üçün sürətli, rahat, etibarlı və digər nəqliyyat növləri ilə inteqrasiya olunmuş alternativ yaradılarsa, onun Bakıdakı tıxacların azalmasına real və uzunmüddətli müsbət təsir göstərmək potensialı var".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar