Sizin Reklam Burada
Xəbər lenti
06-10-2026
05-10-2026
BÜTÜN XƏBƏRLƏR

Ali məktəblərdə dövlət sifarişli yerlər niyə boş qalır? - DİM sədri açıqladı

Tarix: 06-10-2026 18:16     Baxış: 328 A- / A+
Ali məktəblərdə dövlət sifarişli yerlər niyə boş qalır? - DİM sədri açıqladı"Dövlət sifarişi əsasında ayrılan hər bir təhsil yeri bir gəncin təhsilinə dövlət tərəfindən verilən dəstəkdir. Bu imkanlardan maksimum dərəcədə tələbələrin xeyrinə istifadə olunmasını vacib hesab edirik".
Manevr.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildiirb.
O deyib ki, hər il ali təhsil müəssisələrinə qəbul aparıldıqdan sonra müxtəlif səbəblərdən dövlət sifarişi üzrə müəyyən sayda yer boş qalır.
“Bunun səbəblərindən biri dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanan bəzi şəxslərin xarici universitetlərdən təqaüd və digər imkanlar əldə edərək təhsillərini xaricdə davam etdirməyi seçmələridir.
Mövcud qaydalara uyğun olaraq boş qalan dövlət sifarişli yerlərə ödənişli əsaslarla qəbul olunmuş şəxslərin yerləşdirilməsi üçün müsabiqə aparılır.
Bu il həmin imkan nəticəsində bakalavriat səviyyəsində 1870, magistratura səviyyəsində isə 195 nəfər olmaqla, ümumilikdə 2065 tələbə ödənişli təhsildən dövlət sifarişi əsasında təhsilə keçmək imkanı qazanıb.
Bu mexanizm dövlətin təhsilin maliyyələşdirilməsi üçün yaratdığı imkanlardan daha çox gəncin yararlanmasına və boş qalan dövlət sifarişli yerlərinin yenidən tələbələrin təhsilinə yönəldilməsinə şərait yaradır.
Bu imkanı qazanan bütün tələbələrimizi təbrik edir, onlara təhsillərində uğurlar arzulayıram”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar