Xəbər lenti
"Nənələr"in üzvünün oğlu Ukrayna müharibəsində öldürüldü
Rusiya-Ukrayna müharibəsində həkim kimi iştirak edən lənkəranlı kişi dron hücumu zamanı öldürülüb.Manevr.az bildirir ki, hərbi həkim 58 yaşlı Vahab Ramazan oğlu Quliyev bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı dron hücumu zamanı həlak olub.
Onun meyitinin Azərbaycana gətirilib, doğulduğu kənddə dəfn olunması üçün tədbirlər görülür.
Qeyd edək ki, rayonun Separadi kəndindən olan 58 yaşlı Vahab Ramazan oğlu Quliyev müharibə başlayandan bir il sonra, Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb.
Həmin müharibədə indiyədək iki dəfə yaralanıb. Bu xəsarətlərə görə müalicə olunub və yenidən döyüşlərə qatılıb.
Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutunun Əczaçılıq fakültəsinə daxil olub. 1993-1994-cü illərdə dissertasiya yazıb, Moskvada müdafiə edərək Tibb Elmləri namizədi adını alıb.
Onu da bildirək ki, Vahab Quliyev, məşhur "Nənələr" folklor qrupunun üzvü Xanımbacı Quliyevanın oğludur. O, 30 ilədən çox idi ki, Ukraynada yaşayırdı.apa
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























