Xəbər lenti
Sumqayıtda bu məşhur market bağlanır

Sumqayıtda ucuz qiymətləri ilə tanınan “Hiper Market”in fəaliyyətini dayandıracağı və yerində “Tamstore” mağazasının açılacağı iddia olunur.
Manevr.az bakupost-a istinadla xəbər verir ki, marketin giriş qapısına “Tezliklə Tamstore” yazılmış elan vurulub.
Bu xəbər şəhər sakinləri arasında narazılığa səbəb olub. Sakinlər deyirlər ki, “Hiper Market” münasib qiymətləri ilə digər mağazalardan seçilirdi və şəhər sakinlərinin tez-tez üz tutduğu ünvanlardan biri idi.
Sosial şəbəkə istifadəçiləri şəhərdə iri market şəbəkələrinin sayının artmasının kiçik və daha münasib qiymətlərlə satış edən mağazaların bazardan sıxışdırılmasına səbəb olduğunu düşünür.
Xamməmməd Quliyev yazır: “Tamstore gəlsə, batdıq, bahaçılıqdır”.
Elvin Əzimzadə isə xəbərə belə münasibət bildirib: “Tamstore üçün yer qəhətdir ki, ucuz marketləri bağlayırlar? O qədər kasıb insan oradan alış-veriş edirdi. Nə olacaq onların sonu? Bu adamları düşünən yoxdur”.
Qeyd edək ki, hələlik “Hiper Market”in bağlanacağı ilə bağlı rəsmi açıqlama yoxdur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























