Xəbər lenti
Mehriban Rəhimliyə şərti cəza verildi
Manevr.az teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham ntiqi ilə çıxış edib və Mehriban Rəhimliyə cəza istəyib.
Prokuror Mehriban Rəhimlinin 2 il müddətə vəzifə tutmaq hüququndan məhrum edilməsini, həmçinin 5 il sınaq mqddəti olmaqla 9 il şərti cəzaya məhkum edilməsini istəyib.
Daha sonra hökm elan edilib. Hökmə əsasən, Mehriban Rəhimli 1 il vəzifə tutmaq hüququndan məhrum edilib.
Həmçinin o, 4 il sınaq müddəti olmaqla 7 il 6 ay şərti cəza alıb.
Qeyd edək ki, Mehriban Rəhimli Baş Prokurorluqda "QHT işi ilə bağlı başladılan cinayət işi çərçivəsində ötən ilin mart ayında istintaqa cəlb olunub. Onun barəsində istintaq müddətində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Mehriban Rəhimlinin barəsində Cinayət Məcəlləsinin 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə - Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























