Sizin Reklam Burada
Xəbər lenti
24-08-2025
23-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan “Qızıl qapı”nı azad etdi - Türk politoloqdan şok

Tarix: 25-08-2025 09:49     Baxış: 324 A- / A+
ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı tarixi saziş Qafqaz, Mərkəzi Asiya və Çin kimi böyük iqtisadi güclərin gələcəyini dəyişdirəcək.
Manevr.az xəbər verir ki, bunu Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlcuq Karakılıç Globalinfo.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan arasında münaqişəyə son qoymaq məqsədi daşıyan bu saziş əslində irihəcmli, qlobal ticarət və siyasi şəbəkənin formalaşmasında böyük rol oynayacaq:
“Azərbaycan Prezidenti birinci dərəcəli diplomatdır! O, diplomatiyanı şəxsən dizayn edir, vaxtını özü müəyyənləşdirir və real siyasəti həyata keçirir. Azərbaycan Xarici İşlər Nazirliyi, şübhəsiz, dünyanın bir sıra aparıcı diplomatlarının təmsil olunduğu bir qurumdur. Dünya siyasətini yaxşı təhlil edən bu şəxslər Azərbaycanın regional siyasətinin formalaşmasında mühüm rol oynayırlar”.
S.Karakılıç “Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə nəyi hədəfləyir” sualına cavab olaraq qeyd edib ki, dəhlizin açılması sadə bir siyasət deyil, strateji siyasi gediş və ideyadır:
“Azərbaycan 100 illik tarixi haqlarını əvvəlcə müharibə yolu ilə, indi isə dahiyanə diplomatiya yolu ilə bərpa etməyə və fərqi aradan qaldırmağa çalışır. Zəngəzur dəhlizi ilk növbədə Azərbaycanın quru ərazisini və Naxçıvanı siyasi cəhətdən birləşdirəcək. Bu, Azərbaycanın siyasi mərkəzi olan Bakının regional gücə çevrilməsinə imkan verəcək.
Zəngəzur dəhlizinin açılması üçün fövqəladə diplomatiya yürüdən Azərbaycan hər şeydən əvvəl Çindən Avropaya qeyri-adi ticarət yoluna liderlik etməkdədir. Bu sadəcə ticarət yolu olmamaqla Azərbaycanın regionda və Avropada imicini gücləndirəcək, iştirakçı dövlətlərlə daha asan danışıqlar aparmağa imkan verəcək.
Azərbaycan öz qazını və neftini ticarət diplomatiyası vasitəsilə ixrac edir. Danılmaz faktdır ki, bu diplomatiya Rusiya-Ukrayna müharibəsindən sonra avropalıları Azərbaycana yaxınlaşdırıb. Azərbaycan avropalılar üçün etibarlı tərəfdaşdır və bu çox mühüm nailiyyətdir”.
S.Karakılıçın sözlərinə görə, indi Zəngəzur dəhlizi ilə Azərbaycan bu etibarlı ticarət tərəfdaşlığını siyasi-strateji tərəfdaşlığa çevirir:
“Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında deyib ki, “Bizim ailəmiz türk dünyasıdır, başqa ailəmiz yoxdur”. Prezident İlham Əliyev dövlət siyasəti kimi formalaşdırdığı bu ideyanı həyata keçirməyə çalışır. Türkiyə ilə Azərbaycan arasındakı strateji əlaqələri bütün türk dünyasına götürməyə çalışan bir güc və siyasət var. Bu siyasətin memarı Prezident İlham Əliyevdir. Zəngəzur dəhlizi Türkiyəni, Azərbaycanı və türk dünyasını birləşdirən quru ərazisi kimi qəbul edilməməlidir. Dəhlizin ən mühüm üstünlüyü onun maddi cəhətdən çox, mənəvi cəhətdən türk xalqlarına aşılayacağı inam və dinamizmdir. “Biz birlikdə güclüyük və bizi birləşdirən bir yol və ya dəhliz deyil, ruhdur”, mesajını verir”.
S.Karakılıç deyib ki, məhz burada Türkiyə Qars-İğdır-Aralık-Dilucu sürətli dəmiryolu xəttinin təməl daşını qoydu:
“İstanbuldan Bakıya fasiləsiz nəqliyyat imkanı yaradacaq bu xətt sərhədləri aşaraq Türkiyə ilə Azərbaycanı, eləcə də Türk dünyasını birləşdirəcək. Türk dünyası üçün daha qısa, problemsiz və strateji nəqliyyat marşrutu təmin edəcək bu xətt Adriatik dənizindən Çin səddinə qədər bütün Türk dünyasını əhatə etməklə yanaşı, Pekindən Londona qədər ticarət və siyasi əlaqələri gücləndirəcək. Bu marşrutun Türkiyə və Azərbaycan xalqlarına yüklədiyi dərin məna və psixoloji üstünlük heç bir maddi güclə müqayisə oluna bilməz. Zəngəzur dəhlizi Türk dünyasının qızıl qapısıdır. İki strateji tərəfdaş olan Türkiyə və Azərbaycan Zəngəzur dəhlizi ilə təkcə regionu deyil, həm də gələcəyi formalaşdırır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar