Xəbər lenti
Finlandiya Prezidenti: Putin böyük geosiyasi səhvi etdi və Avropa birləşdi

Bunu Finlandiya Prezidenti Aleksandr Stubb yerli "Ykkösaamu" agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Avropanı xarici siyasət sferasında, Rusiya lideri Vladimir Putin isə daha çox təhlükəsizlik siyasəti sferasında "oyadıb".
"Ancaq NATO-nun müdafiə xərclərinə nəzər salsaq, Avropa Putinə görə ən pisinə hazırlaşır. Lakin, eyni zamanda, diplomatik dillə danışmaqla Tramp Avropaya müdafiə xərclərini artırmaq üçün kifayət qədər yaxşı təzyiq göstərdi", - siyasətçi bildirib.
Stubbun fikrincə, Putin Ukraynada müharibəyə başlamaqla müasir tarixdə ən böyük geosiyasi səhvə yol verib.
"Putin qarşısına qoyduğu məqsədlərin heç birinə nail olmadı. Putin Avropanı birləşdirdi, Finlandiya və İsveçin hesabına NATO-nu genişləndirdi və faktiki olaraq, NATO-nun müdafiə xərclərini 2 faizdən 5 faizə qaldırdı", - o vurğulayıb.
Finlandiya Prezidenti hesab edir ki, Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi təqdirdə, Rusiyanın böyük dövlət kimi qəbul olunmayacağından qorxur.
Stubb qeyd edib ki, Alyaskadakı görüş Avropa liderlərinin ümid etdiyi kimi keçməyib, lakin ondan sonra vəziyyəti təhlükəsizlik təminatlarının müzakirəsinə keçirmək mümkün olub.
"ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff ilə Putin arasında təxminən iki həftə əvvəl keçirilən görüşdə geri addım atıldı, sonra Avropa ilə Tramp arasında danışıqlarda irəliyə doğru addım atıldı, Alyaskada geriyə addım atıldı, bazar ertəsi Vaşinqtonda yenidən irəliyə doğru addım atıldı və indi biz yaxın həftələrdə də bu impulsu qorumağa çalışacağıq", - siyasətçi qeyd edib. report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar