Xəbər lenti
Lənkəranda qadının üzərinə beton aşdı

Lənkəran şəhərində qadının üzərinə beton aşıb.
Manevr.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaş - 1964-cü il təvəllüdlü Babayeva Brilyant Davud qızının fərdi yaşayış evinin beton piltədən ibarət hasarının uçması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin tətbiqi ilə həyata keçirilən operativ tədbirlər nəticəsində B.Babayeva xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar