Xəbər lenti
Bir gün bu dil danışacaq...(Şeirlər)

İmarət Cəlilqızı
Bir gün bu dil danışacaq...
–Tufandı ha!...
Ortalığı bir-birinə qatması var.
–Hər nə qədər əsib-coşsa,
əvvəl-axır yatması var.
Bilirəm, halı necədi,
zor gün, yuxusuz gecədi,
matdı, ya da heç-heçədi,
–Gözlə, bir gün udması var!
–Yükü çox ağır görünür,
kürəyi yağır görünür,
–Çox da ki fağır görünür,
bezib yükü atması var.
...Tüstülənib alışacaq,
ha susmağa çalışacaq,
bir gün bu dil danışacaq,
deyəcəklər:Tutması var.
Təzad
Bu bir bardaq təmiz su–
hansı yöndən baxılsa,
su olduğu seçilən,
təmiz yerə süzülsə,
saf olduğu daha tez,
daha aşkar bilinən,
Zəm-zəm kimi içilən–
Səni sərxoş eyləyib
gözlərinə qan salan
əvvəldən içdiklərin...
Bu bir aydın, hamar yol,
əvvəli, sonu bəlli,
nə sağ-solu uçurum,
nə qaranlıq döngəli–
“Gedər-gəlməz!” söyləyib
səni qorxuya salan
(doğruluq vədi yalan)
əvvəllər keçdiklərin…
Bu, maraqlı bir kitab,
hamı ilə eyni üz,
eyni dillə danışan,
uşağa da işnişən,
böyüyə də yovuşan,
hər kəlməsi birbaşa,
kimisinə bir sətir,
kimisinə min varaq,
anlayana güc, dayaq–
Səni yoldan eyləyib
ucalardan endirən,
yanlış səmtə döndərən
əvvəllər vərəqləyib
əvvəldə açdıqların,
əlindən qaçdıqların.
Ay susar, çay susar...
Bir yuxu gördün,
dur, kağıza yaz,
bəndə arama,
səbr elə bir az.
Qalx, aya söylə,
düş, çaya söylə,
ay susar, amma
çay susar, amma
yanlışa yozmaz...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar