Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

700 bal toplayanlar bu universiteti seçdilər

Tarix: 23-08-2025 20:42     Baxış: 322 A- / A+

Bu il 2 abituriyent - Orxan Abdulsəmədli və Sona Nurməmmədli qəbul imtahanında 700 bal toplayıblar.
 
Manevr.az xəbər verir ki, AzEdu.az ixtisas seçiminin nəticələri ilə bağlı hər iki tələbə ilə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.
 
Orxan Abdulsəmədli Azərbaycan Tibb Universitetinin Müalicə işi (tədris ingilis dili üzrə) ixtisasına qəbul olub:
 
"Maksimum nəticə göstərdiyim üçün ali məktəbə qəbul olacağımı bilirdim. Yəni ixtisas seçiminin nəticələri mənə sürpriz olmadı.
 
Ailə üzvlərimlə sevincimi bölüşdüm. Tələbə adını qazanmaq çox gözəl hissdir. Çox sevindim. Təhsilimi davam etdirib peşəkar həkim olmaq istəyirəm".
 
700 bal toplayan digər tələbə Sona Nurməmmədli Azərbaycan Tibb Universitetinin (ATU) Tibb ixtisasına qəbul olduğunu bildirib:
 
"Əslində 9-cu sinifdən sonra valideynlərimin və müəllimlərimin dəstəyi ilə ixtisasımı müəyyənləşdirmişdim. Tibb ixtisası üzrə təhsil almaq qərarına gəldim.Həmçinin bu sahəyə özümündə böyük marağım var.
 
700 bal topladığımı öyrəndiyim an keçirdiyim sevinc hislərini dünən bir daha yaşadım. Həddən artıq çox sevindim. Ailə üzvlərim də təbii ki, çox sevindilər.
 
İlk növbədə ali təhsilimi mükəmməl şəkildə almaq istəyirəm. Daha sonra rezidentura təhsilini isə xaricdə davam etdirməyi düşünürəm. Lakin bu barədə tam dəqiq qərar verməmişəm. Vətənimə layiqli savadlı kadr olmaq istəyirəm.
 
Abituriyentlərə tövsiyə edirəm ki, çətinliklərə baxmayaraq heç vaxt məqsədlərindən dönməsinlər. Təbii ki, bu yol onlara çətin görünə bilər. Amma əsas odur ki, qarşılarında məqsədləri olsun. Mütləq sistemli şəkildə çalışsınlar.
 
Həmçinin istirahətlərini də vaxt ayırsınlar".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar