Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
21-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan bizə yaxındır və dostumuzdur - Əli Laricani iddiaları rədd etdi

Tarix: 23-08-2025 14:10     Baxış: 345 A- / A+
Azərbaycan bizə yaxındır və dostumuzdur - Əli Laricani iddiaları rədd etdi
İranda 12 günlük müharibə zamanı Azərbaycanın İsraillə əməkdaşlığına dair heç bir sübut yoxdur.

Manevr.az 
xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.

"Biz mötəbər faktlara əsaslanmalıyıq. Bəziləri nəyisə iddia edir, amma bizə dəqiq sübut lazımdır. Azərbaycan hökuməti deyir ki, belə bir şey olmayıb və bizim buna inanmamaq üçün heç bir əsasımız yoxdur. Nəzərə alın ki, Azərbaycan qonşu müsəlman ölkəsidir, mədəniyyət baxımından bizə yaxındır və dostumuzdur. Bəzi məsələlərdə fikir ayrılığı ola bilər, məsələn, digər qonşularla. Biz həmişə bu amili nəzərə alırıq. Hətta bəzi sahələrdə dostluq, digər sahələrdə də fikir ayrılığı yarana bilər. Rusiya və Çin kimi İsraillə əlaqələri var, lakin biz öz maraqlarımız əsasında hərəkət edirik”, - Laricani bildirib.
O, Azərbaycanın İrana qarşı mümkün addımları ilə bağlı suala cavabında deyib ki, Azərbaycan rəsmi olaraq Tehrana qarşı tədbir görmür və əllərində heç bir inandırıcı dəlil yoxdur. “Nə vaxtsa belə hərəkət etsə, başqa cür hərəkət edəcəyik, lakin hələlik bunun üçün heç bir əsas yoxdur", - Laricani bildirib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar