Xəbər lenti
Deputat: "Zirə Cümə məscidini ziyarət etmək mənim üçün önəmli mənəvi hadisə oldu" -FOTOLAR

Bu gün təmsil etdiyim Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən və qədim dini abidələrimizdən olan Zirə Cümə məscidini ziyarət etmək mənim üçün önəmli mənəvi hadisə oldu.
Zirə qəsəbəsinin ağsaqqalı Fərhad Məmmədovun bizimlə birlikdə olması və onunla apardığımız söhbətlər mənim üçün bu ziyarətə əlavə bir dəyər qatdı.
Manevr.az bildirir ki, bunu Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib
"Məscidin dini icmasının sədri və imamı Hacı Qədir Nəcəfzadənin verdiyi məlumata görə, bu müqəddəs məkanın tarixi Orta əsrlərə söykənir. 2016-cı ildə məscid yenidən inşa olunaraq istifadəyə verilmiş və açılış mərasimində hörmətli Mehriban xanım Əliyeva şəxsən iştirak etmişdir.
Zirə Cümə məscidinin fondunda Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Türkmənistan, İran, İraq və Səudiyyə Ərəbistanından gətirilmiş sənətkarlıq və əl işi məhsulları, dini-mədəni nümunələr yer alır.
Bu isə ölkəmizin beynəlxalq dini-mədəni əməkdaşlığa açıq platforma rolunu bir daha ortaya qoyur.
Bu baxımdan, düşünürəm ki, məscidin gələcəkdəki fəaliyyəti həm dini, həm də mədəni dəyərlərimizin zənginləşdirilməsi və inkişafına önəmli töhfə verəcəkdir", deputat vurğulayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar