Xəbər lenti
Krım doğurdanmı Rusiya torpağıdır?!

Krım doğurdanmı Rusiya torpağıdır!
1768-1774-cü illərdə Rusiya və Osmanlı Türk imperiyaları arasındakı müharibə “Kiçik Qaynarca sülh müqaviləsi”nin bağlanması ilə başa çatdı. Osmanlı imperiyasını Şərqi Avropadan sıxışdırıb çıxaran Rusiya müqavilə əsasında böyük imtiyazlar əldə etdi:
a) Gəmilərinin Dünay çayında rahat üzməsi, Bosfor və Dardanel boğazlarından maneəsiz keçməsi;
b) Rusiya tacirlərinin Türkiyə, Əlcəzair, Tunis və Tripoli ərazilərindən İngiltərə və Fransa kimi rahat istifadə edə bilməsi hüququnun verilməsi;
c) Osmanlı imperiyasının həmin ərazilərdə Rusiya tacirlərinə kömək etməsi vəzifəsini öz üzərinə götürməsi;
d) Türkiyənin ərazisi olan, lakin ruslar tərəfindən işğal olunan Krım xanlığına müstəqillik verilməsi və Novorossiya ilə biləşdirilməsi (Sonralar, 1783-cü ildə Rusiya müstəqil Krım xanlığını işğal etdi).
II Dünya müharibəsi zamanı Krım türklərini ata-baba torpaqlarından sürgün edən Rusiya ərazini ruslaşdırdı və türklərin ana yurdu olan Krım xalığına tamamilə yiyələndi. Daha ədalətli olar ki, Krım yenidən türklərin vəətninə çevrilsin, uzun illərdir doğma torpaqlarından qovularaq sürgün həyatı yaşayan Krım türkləri doğma torpaqlarına geri dönsün!
Mirvari Verdiyeva
ADPU-nun dosenti, fəlsəfə doktoru
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar